Modern.az

Ağ Evdən Trampın müşavirinin istefası haqda AÇIQLAMA: “Vitse-prezidenti aldadıb”  

Ağ Evdən Trampın müşavirinin istefası haqda AÇIQLAMA: “Vitse-prezidenti aldadıb”   

15 Fevral 2017, 00:03

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinin istefasına Donald Trampın münasibəti açıqlanıb.

Modern.az saytının “Reuters”ə istinadən xəbərinə görə, bu haqda Ağ Evin mətbuat katibi Şon Spayser danışıb.

 

“Donald Tramp Maykl Flinə olan etibarını itirmişdi. Belə ki, Tramp yanvarda öz səlahiyyətlərinin icrasına başlamamışdan öncə Flin rus məmurlarla əlaqələri səbəbindən vitse-prezident Mayk Pensi aldadıb. Tramp da bir neçə həftə ərzində Flinin vəziyyətini nəzərdən keçirdi”-deyə o bildirib.

Spayser onu da deyib ki, Tramp Flinin Rusiyanın ABŞ-dakı səfəri Sergey Kislyakla olan telefon danışığı barədə də məlumatlandırılmışdı.

 

“Çünki Tramp Flinə belə bir tapşırıq verməmişdi ki, Rusiya səfiri ilə sanksiyaları müzakirə etsin”-deyə o əlavə edib.

Qeyd edək ki, Maykl Flinin Rusiya səfiri ilə ABŞ-ın rəsmi Moskvaya tətbiq etdiyi sanksiyaları müzakirə etdiyi barədə məlumatlar beynəlxalq gündəmi silkələmişdi.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir