Modern.az

Daha bir ölkədə ictimai yerdə siqaret qadağası

Daha bir ölkədə ictimai yerdə siqaret qadağası

15 Fevral 2017, 00:21

Dünyanın daha bir ölkəsində ictimai yerdə siqaret çəkilməsinə qadağa qoyulub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, artıq Çexiyada da ictimai yerlərdə siqaret çəkmək olmayacaq.

Çexiya prezidenti Miloş Zemanın imzaladığı fərmanla təsdiq edilən sənəd hökumət tərəfindən hazırlanıb və hər iki palata tərəfindən qəbul olunub. Bu barədə qanun 31 may 2017-ci ildən qüvvəyə minəcək.

 

Yeni qanuna görə, siqaret çəkmək bütün ictimai yerlərdə və həmçinin şəhər nəqliyyatının dayanacaqlarında qadağan olunub. Bildirilir ki, elektron siqareti çəkmək məktəblərdə, xəstəxanalarda və ticarət mərkəzlərində qadağandır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir