Modern.az

İlham Əliyev martda İrana gedəcək

İlham Əliyev martda İrana gedəcək

Aktual

15 Fevral 2017, 00:28

İranın Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüşüb.

Modern.az saytının İranın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, səfir nazirlə İran-Azərbaycan əlaqələri, regiondakı son proseslər barədə müzakirə aparıb.

Cavad Cahangirzadə bildirib ki, yaxın zamanlarda İranın ədliyyə naziri Azərbaycana səfər edəcək.

Daxili işlər naziri Ramil Usubov isə Bakı ilə Tehran arasındakı dost və səmimi əlaqələrdən söz açıb. O deyib ki, narkotik qaçaqmalçılığı və terrorla mübarizədə hər iki ölkənin birgə əməkdaşlığı vacibdir.

Müzakirə zamanı Azərbaycan prezidenti İlham Əliyevin gələn ay Tehrana səfər edəcəyi bildirilib.

 

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı