Modern.az

Azərbaycanı hədələyən terrorçu məhv edilib

Azərbaycanı hədələyən terrorçu məhv edilib

Aktual

15 Fevral 2017, 00:36

5 fevralda youtube-da İŞİD terrorçusunun Azərbaycan auditoriyasına ünvanlanmış video-müraciəti yayılmışdı. Modern.az saytı xəbər verir ki, öz video-müraciətində terrorçu Azərbaycanda teraktlar və xarici turistlərin öldürüləcəkləri təhdidi ilə çıxış edirdi. Terrorçu, Üsamə bin Ladeni yamsılayaraq, divarın yanına qoyulmuş iki “Kalaşnikov” avtomatının fonunda bütün Azərbaycan xalqını hədələyirdi.

 

Ancaq bir neçə saat əvvəl “feysbuk” sosial şəbəkəsində bu terrorçunun cəsədinin şəkili yayılıb. Çıxışın və bu terrorçunun məhv edilməsinin dəqiq tarixləri məlum deyil.

Virtualaz.org-un məlumatına görə, tamamilə mümkündür ki, öz video-müraciətini o, sosial şəbəkələrdə yerləşdirdiyi tarixdən xeyli əvvəl hazırlayıb və bundan sonra Suriyada məhv edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır