Modern.az

Ziya Məmmədov: “Mən artıq adi vətəndaşam”

Ziya Məmmədov: “Mən artıq adi vətəndaşam”

Aktual

15 Fevral 2017, 09:36

“Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.

Modern.az xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında keçmiş Nəqliyyat naziri Ziya Məmmədov deyib.

O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: “Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.

Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı