Modern.az

Milli Məclisin rus deputatından TƏKLİF: “Dilqəm Əsgərov da, Azərbaycanda tutulan erməni də Rusiyaya ekstradisiya olunmalıdır”

Milli Məclisin rus deputatından TƏKLİF: “Dilqəm Əsgərov da, Azərbaycanda tutulan erməni də Rusiyaya ekstradisiya olunmalıdır”

15 Fevral 2017, 11:09

“Dilqəm Əsgərov hərb qulluqçu deyil, buna görə də hərbi əsir sayılmır. O, sadəcə olaraq mülki şəxsdir. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin deyib.


Deputat bir neçə ay bundan öncə Bakıda Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə – iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun həbsinə də münasibət bildirib.

O qeyd edib ki, Rusiya vətəndaşı olan erməni Azərbaycanda həbs edilirsə, o, Rusiyaya ekstradisiya olunmalıdır. Mixail Zabelin hesab edir ki, eləcə də, Dilqəm Əsgərov Rusiyaya ekstradisiya olunmalı və orada məhkəmə qarşısına çıxmalıdır.


“Necə ki, Rusiya vətəndaşı olan erməni ekstradisiya olunmalıdır, eləcə də, Dilqəm Əsgərov Rusiyaya ekstradisiya olunmalıdır. Çünki o da Rusiya vətəndaşıdır. Bu şəxslər Rusiyada mühakimə olunmalı və onlar haqda Rusiya məhkəmələri qərar çıxarmalıdır. Mən bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etmişəm. Amma hələ cavab almamışam”-deyə deputat bildirib.


2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən D. Əsgərov və Ş. Quliyevə “məhkəmə” qurulub. Qondarma məhkəmənin “qərarı” ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə

 

Aqşin KƏRİMOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir