18 noyabr 2017, Şənbə
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda hakimlərin aylıq GƏLİRLƏRİ - Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?..
Azərbaycanda hakimlərin aylıq GƏLİRLƏRİ - Maaşlar belə yüksəkdirsə, niyə rüşvət alırlar?..
15.02.2017, 12:21

Bu təklifi deputatlaın, hüquq müdafiəçilərinin dilindən tez-tez eşidirik: “Hakimlərin maaşı artırılsın!”. Söhbət məhkəmə hakimlərindən gedir. O məhkəmələr ki, hüquqlarımız pozulan zaman onların bərpası üçün müraciət etdiyimiz ünvandır.
Vaxtaşırı  “Hakimlərin maaşı artırılsın!” təklifi səsləndirənlər bunu ona görə edirlər ki, ədalət mühakiməsini həyata keçirənlər elə yüksək məvacib alsınlar ki, rüşvətə meyl eləməsinlər.

Amma nə yazıq ki. Azərbaycan məhkəmələrində ədalət axtaranlar bir çox hallarda rüşvət və korrupsiya ilə qarşılaşmağa məcbur olurlar. Bu gün məhkəmələrdə əsl qanun keçişçiləri, ədalətli, rüşvət və təmənnadan uzaq hakimlər barmaqla sayılacaq qədər azdırlar, bəlkə də bir neçə nəfərdirlər...

Halbuki, Azərbaycan reallığında onların maaşı indi də az sayıla bilməz. Hakimlərin nə qədər əməkhaqqı aldığı hamı üçün maraqlıdır.


Məsələ ilə bağlı Modern.az kiçik bir araşdırma aparmağa çalışıb. Amma Ədliyyə Nazirliyi və  Ali Məhkəmədən hakimlərin maaşı ilə bağlı sorğularımızı cavablandımaq istəmədilər.


Əvəzində bu işdə QHT-lər kömək etdilər. “Hüquqi Dövlət” Araşdırmalar Fondunun sədri  Müzəffər Baxışov bildirdi ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq maddəsinə görə, hakimlərin əməkhaqqı Ali Məhkəmə sədrinin maaşına uyğun hesablanır.


“Belə ki, hazırda Ali  Məhkəmə sədrinin aylıq əməkhaqqı 2070 manat təşkil edir.

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin və Apellyasiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin maaşının 90 faizi həcmində maaş verilir, yəni 1863 manat.

Ağır Cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin, Hərbi məhkəmələrin və İnzibati İqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin maaşının 80 faizi həcmində maaş verilir, yəni 1656 manat.

Digər məhkəmə sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində maaş verilir, yəni 1449 manat.

Bütün məhkəmələrin sədr müavinlərinə müvafiq məhkəmə sədrlərinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1304 manat maaş verilir.

Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində -1592 manat maaş ödənilir.

Bütün məhkəmə  hakimlərinə müvafiq məhkəmə sədrinin 80 faizi həcmində maaş verilir, yəni 1159 manat”.


Hüquqşünasın sözlərinə görə, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə də hakimlərə hər vəzifə maaşlarının 15 faizi həcmində 45 faizdən çox olmamaq şərti ilə əlavə pul  verilir.


“Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarında xidmətinin hər 5 ilinə görə, eyni həcmdə əlavə haqq verilir.

Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında-yəni 465 manat, Apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında-yəni 372 manat, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında-yəni 279 manat miqdarında vergilərdən azad olunan aylıq pul təminatı da verilir.

İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik müavinət ödənilir. Hakimin fəaliyyəti müddətində onun əməkhaqqının məbləği aşağı salına bilməz”.

 

Qafar Ağayev

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  
18.11.2017, 15:02

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır
18.11.2017, 14:33

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır

Zakir Həsənov döyüş atışlarını izlədi   
18.11.2017, 13:48

Zakir Həsənov döyüş atışlarını izlədi  

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı
18.11.2017, 13:42

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI   
18.11.2017, 13:40

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI  

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı
18.11.2017, 13:33

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
18.11.2017, 13:16

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb
18.11.2017, 13:08

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  
18.11.2017, 12:57

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR   
18.11.2017, 12:42

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR  

Sabahın hava PROQNOZU
18.11.2017, 12:21

Sabahın hava PROQNOZU

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR
18.11.2017, 11:57

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək
18.11.2017, 11:53

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA   
18.11.2017, 11:48

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA  

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...   
18.11.2017, 11:43

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...  

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər
18.11.2017, 11:32

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi   
18.11.2017, 11:23

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi  

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ   
18.11.2017, 10:48

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ  

Azərbaycanda mənasız adətlər niyə artır...   
18.11.2017, 10:29

Azərbaycanda mənasız adətlər niyə artır...  

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng   
18.11.2017, 10:17

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng  

ARXİV