Modern.az

Artur Rasizadə Milli Məclisə hesabat verəcək

Artur Rasizadə Milli Məclisə hesabat verəcək

15 Fevral 2017, 14:45

Hökumət mart ayında Milli Məclisə hesabat verəcək. Baş nazir Artur Rəsizadə deputatlar qarşısında çıxış edərək, Nazirlər Kabinetinin ötənliki fəaliyyətini müzakirəyə çıxaracaq.

Bu haqda Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.


O qeyd edib ki, hesabat, tanışlıq üçün 20 gün əvvəl deputatlara paylanır:


“Hələlik o sənəd bizə verilməyib”.


Hesabat zamanı müzakirə ediləcək məsələlərə gəlincə, V.Əhmədov bildirib ki, bu, əsasən həyata keçiriləcək tədbirlərlə bağlı olacaq:


“Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2016-cı il, dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Bunun icrası ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlər maraq doğurur. Ölkədə ciddi islahatlara start verilib. Azərbaycan Nazirlər Kabinetinin islahatları hansı istiqamətdə aparacağı ilə bağlı suallar çoxdur. Ümid edirəm ki, hökumətin hesabatında bu suallara aydınlıq gətiriləcək”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir