Modern.az

“Check-up müayinə??? Bu barədə heç nə bilmirəm” - Universitet tələbələri ilə SORĞU

“Check-up müayinə??? Bu barədə heç nə bilmirəm” - Universitet tələbələri ilə SORĞU

15 Fevral 2017, 14:59

Check-up Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı və fərdi və ya ümumi qaydada həyata keçirilən diaqnostika formasıdır. Check-up, konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud və ya mövcud ola biləcək xəstəliklərin erkən müəyyən edilməsinə imkan verir, həmçinin, gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır, gənclər check-up barədə nə bilirlər? Ali məktəblərdə check-up müayinələr keçirilirmi və ya tələbələrdən həkim tərəfindən təsdiqlənmiş sənəd tələb olunurmu?


Modern.az məsələ ilə bağlı gənclər arasında sorğu keçirib.

Əlihüseyn Rəsulov ( Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi ): “Universitetdə hər hansı müayinədən keçməmişəm. Ümumiyyətlə, bir azərbaycanlı kimi ölənə yaxın həkimə gedirəm”.


Sayad Həsənli (Bakı Dövlət Universitetinin tələbəsi ): “Mən bildiyimə görə, cinsi yollarla keçən və yoluxucu xəstəliklərinin müayinəsidir check-up. Universitetdə bu barədə hər hansı məlumat verilməyib ”.

Taleh Cəfərli ( Azərbaycan Dillər Universitetinin tələbəsi ): “Check-up-ın qısa olaraq, tibbi yoxlanış olduğunu bilirəm sadəcə. Özüm check-up müayinə etdirməsəm də, bildiyim qədəri ilə, gələcəkdə baş verə biləcək xəstəliklərin qarşısını tez bir zamanda almağa yardımçı olur. Universitetdə isə belə bir şeyin olduğunu zənn etmirəm, yəni olsaydı xəbərim olardı”.

Hüseyn Bayramov (Qafqaz Universiteti-Bakı Mühəndislər Universitetinin tələbəsi ): “Check-up mənə görə - “Əşi, sağlamam, ağrımıram, niyə həkimə gedib özümü yoxladım ki” düşüncəsini qırmaqdır. Universitetdə isə keçirilmir”.

 Eşqin Fərzəliyev ( Azərbaycan Memarlıq və İnşaat Universiteti): “İndiyə kimi heç müayinə və müalicədə olmamışam”.

Hüseyn Qəmbərov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu) : “Bu barədə heç nə eşitməmişəm və bilmədiyim üçün özümdə günah görmürəm”.

Sorğu zamanı müəyyən oldu ki, gənclərin əksəriyyəti, ümumiyyətlə, check-up müayinənin nə olduğu barədə kiçik də olsa, məlumata sahib deyillər. Bəs, universitetlər bu məsələ ilə bağlı nə kimi tədbirlər görür və ya görməyi planlayırlar?


Bu suallara cavab tapmaq üçün universitetlər arasında da sorğu keçirdik.


Azərbaycan Diplomatik Akademiyasından bildirdilər ki, tələbələrdən həkimin təsdiq etdiyi sağlamlıq barədə sənəd tələb olunur.


Bakı Dövlət Universitetindən də eyni məlumatı aldıq.


Azərbaycan Dövlət İqtisad Universitetindən aldığımız məlumata görə, hər il tələbələrin check-up müayinəsi aparılır.


Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasından isə deyildi ki, bu barədə tələbələrin müəllimləri maraqlanır.

 

Əsmət Əhmədzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!