Modern.az

Ombudsmanın yeni mətbuat katibi: “Jurnalistlərlə münasibətlər yaxşılaşdırılacaq”

Ombudsmanın yeni mətbuat katibi: “Jurnalistlərlə münasibətlər yaxşılaşdırılacaq”

Aktual

15 Fevral 2017, 16:50

Ötən gün Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri dəyişib. Müvafiq qərarla bu vəzifəyə Nəcəf Tağıyev təyin olunub. N.Tağıyevdən əvvəl İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri olan Vüqar Heydərov isə Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsində sektor müdiri vəzifəsinə təyin olunub.

 

Ombudsman Aparatınındakı dəyişikliklər hansı yeniliklərə səbəb olacaq?

 

Nəcəf Tağıyev Modern.az-a bildirib ki, İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun gələcək planları ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

 

“Ombudsman aparatı fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Ombudsman Aparatının internet səhifəsi yenilənib. Bütün qurumlarlarda mətbuatla ara-sıra problemlər ortaya çıxır. Ombudsman aparatı  ilə mətbuatın münasibətlərini daha da yaxşılaşdırmaq üçün işlər görəcəyik”.

 

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!