Modern.az

Gəncədə polisə ictimai dəstək qrupunun üzvü BIÇAQLANDI

Gəncədə polisə ictimai dəstək qrupunun üzvü BIÇAQLANDI

15 Fevral 2017, 17:00

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin şərq çıxışında yerləşən Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə qeydə alınıb. 

Kəlbəcər rayon Polis Şöbəsinin nəzdində olan polisə ictimai dəstək qrupunun üzvü, 1993-cü il təvəllüdlü Salahlı Şəhriyar Qürbət oğlu hələ ki, kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralı isə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?