Modern.az

Qarabağ separatçılarının “referendumu”nu xarici müşahidəçilər də izləyəcək - ADLAR

Qarabağ separatçılarının “referendumu”nu xarici müşahidəçilər də izləyəcək - ADLAR

Qarabağ

15 Fevral 2017, 22:55

Dağlıq Qarabağ separatçıları 20 fevrala təyin etdikləri “konstitusiya referendum”na əcnəbi müşahidəçilərin də qatılacağını bəyan ediblər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Azərbaycanın işğal alıtndakı torpaqlarında yaradılmış qondarma rejimin seçkilərinə Avropa parlamentinin deputatı Frank Engel qatılacağını təsdiq edib.

 

Abxaziya, Cənubi Osetiya və Dnestryanı kimi separatçı qurumların nümayəndələri ilə yanaşı, seçkilərdə, adı heç bir yerdə hallanmayan Beynəlxalq Seçki Sistemləri Ekpser Mərkəzinin (İCES) 5-10 nəfərlik qrupunun da təmsil olunacağı gözlənilir. Bu qrupa təşkilatın prezidenti Aleksandr Tsinkler başçılıq edəcək. Təşkilata əsasən, Bolqaırstan, Macarıstan, Belçika, Çexiya və İsrail kimi ölkələrdən müşahidəçilər qatılacaq.

 

Bundan başqa, Rusiyanın ayrı-ayrı siyasi partiya (Yabloko partiyası) və ictimai birliklərindən də müşahidəçilər gözlənilir. Xatırladaq ki, yuxarıda adı çəkilən beynəlxalq müşahidəçilər bundan əvvəl də regiona Bakının icazəsi olmadan gəıldikləri üçün "qara siyahı"ya salınmışdılar.

 

 

 

Vüqar İSMAYILOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu