16 dekabr 2017, Şənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - “Bakının məşhur qonaqları”- Türk kinosunun əfsanəsi Milli Məclisdə kimi şoka salmışdı... - LAYİHƏ
“Bakının məşhur qonaqları”- Türk kinosunun əfsanəsi Milli Məclisdə kimi şoka salmışdı... - LAYİHƏ
16.02.2017, 09:00

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən bu gün Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların belə qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 


Modern.az
 saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələrini davam etdirir.


“Bakının məşhur qonaqları”
 layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidlərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..

Bu dəfə türk kinosunun əfsanələrindən biri, 1970-80-ci illərdə hamının sevimlisi olmuş məşhur aktyor Tarık Akanın Bakıya səfərindən danışacağıq.


DOSYE


Tarık Tahsin Üregül – Tarık Akan 1949-cu il 13 dekabr tarixində İstanbul şəhərində anadan olub. Əvvəlcə “Yaşılcam” kino korporasiyasında ulduzu parlayan aktyor, sonradan ciddi kinoya meyl edib. Burada aktyorda getdikcə güclənən sol dünyagörüşünün də bu seçimə  böyük təsiri olub. “Yaşılcam”ın rəhbər şəxsləri (başda “Hababam sinifi”nin rejissoru Ərtəm Əyilməz olmaqla) Tarık Akanın onlardan ayrılmasını hiddətlə qarşılayır və aktyorun sonrakı fəaliyyətinə bacardıqları qədər mane olurlar. Çünki onlar Tarık Akanın getməsilə böyük tamaşaçı kütləsini itirdiklərinin fərqində idilər. O, isə primitiv, kütləyə işləyən, dərin məzmunu olmayan filmlərdə varlı ailənin məsuliyyətsiz oğlu rollarını oynamaqdan bezmişdi.
Aktyorun həyatında böyük tamaşaçı sevgisi ilə yanaşı, həbslər, işgəncələr, təqiblər də olub.
Ümumilikdə, 111 film, 4 serialda rol alıb. Türk kinosunun dönüş mərhələsi sayılan, “Kann” Kinofestivalının qalibi  “Yol” filmində (rejissor Yılmaz Güney) əsas rolu canlandırıb.

Tarık Akan 2016-cı ilin 16 sentyabrında dünyasını dəyişib.

 

“Nazim Hikmət Kültür və Sənət Vəqfi”

Nəinki Türkiyənin, eləcə də dünyanın, xüsusilə də sosializm quruluşlu dövlətlərin qəhrəmanı sayılan şair Nazim Hikmətin vurğunlarından biri də Tarık Akan olub.
Tarıkın həyata, insanlara olan münasibətinin, dünyagörüşünün formalaşmasında Nazim Hikmətin həyat və yaradıcılığının da çox böyük xidməti olub. Aktyor o səbəbdən bir neçə nazimsevərlə birgə onun adına vəqf təsis edib. Lakin heç zaman o mərkəzin idarəçisi olmur, sadəcə, idarə heyətinin üzvlərindən biri kimi aktiv fəaliyyət göstərir, bir-birinin ardınca sənədli filmlər çəkir. Həmin filmlərdən gələn gəlir isə vəqfin xəzinəsinə köçürülürdü.


“Nazim Hikmət Kültür və Sənət Vəqf”indən danışmağımız heç də təsadüfi deyil. Çünki aktyoru Bakıya gətirən səbəb də elə bu vəqf, Nazim Hikmət olur. 1990-cı illərin əvvəllərində  ekranlaşdırmağa başladıqları “Nazim Hikmət belgeseli” üçün onun bakılı biliciləri ilə görüşmək məqsədilə məşhur aktyor paytaxtımıza yol alır. İlk olaraq, Nazim Hikmətin həyat və yaradıcılığını mükəmməl bilən AYB-nin sədri, Xalq yazıçısı Anarla görüşür. Anarın Nazim Hikmətlə bağlı xatirə və bilgilərini kameranın yaddaşına yazdıqdan sonra növbəti müsahiblə əlaqə yaradır. Həmin şəxs isə tanınmış televiziya mütəxəssisi, vaxtilə AzTV-nin sədr müavini işləmiş dramaturq, publisist Aqşin Babayev olur.


Aqşin Babayev Modern.az-a həmin hadisəni məmnunluqla xatırlayır:

 

“Tarık Akan həm də Nazim Hikmət Vəqfinin idarəçilərindən biriydi. Onun xatirəsini anmaq üçün bəzi layihələr həyata keçirirdilər. Çəkəcəkləri bir filmlə bağlı Bakıya gələn komandanın içində Tarık Akan da var idi.  Dəqiq xatırlamıram, səhv etmirəmsə, 1995-ci il olardı. Çünki mən 1991-ci ildən Milli Məclisdə işləməyə başladım. Tarık Akan da o tarixdən haradasa, 3-4 il sonra Bakıya gəlmişdi və mən Milli Məclisdə olarkən qəflətən mənə zəng etdi”.

Həmin zəngdən sonra baş verən hadisəni qocaman ziyalımız bu gün xoş  xatirə kimi anır. Həmin xatirəni sonradan “Bəyaz pərdənin yakışıklısı” adlı məqaləsinə də köçürüb.

Tarık Akanla olmuş xatirəsini bölüşən Aqşin müəllim əvvəlcə yaddaşını qurdalayır, deyir, o zaman Bakıya nə qədər tanınmış əcnəbilər gəlirdisə, əksəriyyəti ilə görüşürmüş.


“Hamısını da yazıya köçürmüşəm, elə onlar da ölkələrinə qayıtdıqdan sonra Bakı təəssüratlarını qələmə alıblar.

Tarık Akan az qala, mənim və ailəmin doğma adamı kimi idi. Bunun səbəbi vardı. 1972-1975-ci illərdə Türkiyədə işləyəndə oğlum 7-ci sinifdə oxuduğundan Bakıda qalası oldu. Çünki Türkiyədə məktəb 4 siniflik idi. Oğlum bacımla qaldı. Bakıya dönəndən sonra bacım mənə oğlumun bizsiz kiçirdiyi həsrətli günlərdən danışdı və dedi ki, sizin göndərdiyiniz Tarık Akan fotoşəkillləri onu çox sevindirirdi. 
Oğlumu sevindirmək, həsrətini ovutmaq üçün ona çox sevdiyi, uşaqkən filmlərdə görüb bəyəndiyi Tarık Akanın rəngli fotoşəkillərini göndərirdik. Özü də hər məktubda! Üç il ərzində, təsəvvür edirsinizmi, oğluma Tarık Akanın nə qədər fotoşəklini göndərmişdik...

İllər keçdi, yaşa dolduq... Bir gün Tarık Akan Bakıya gəldi.

Və... gözləmədiyim halda mənim iş telefonuma zəng vurdu.(O vaxt mən Milli Məclisdə işləyirdim.) Dedikləri indiyəcən xatirimdədir:

-Aqşin bəy! Mən türk aktyoru Tarık Akanam. Telefonunuzu Yazarlar Birliyindən aldım. Sizi narahat etməyimin səbəbi Nazim Hikmətlə əlaqədardır. Biz Nazimə həsr olunmuş film çəkirik.


İnana bilmirdim ki, mənə zəng edən Tarık Akandır. Türkiyədə ona “Bəyaz pərdənin yakışıklısı” (yaraşıqlısı) deyirdilər. 
Tarık Akan bir də özünü təqdim etdi:

-Siz, Aqşin bəy, bəlkə məni tanımadınız. Mən türk aktyoru Tarık Akanam. Həm də Nazim Hikmət Kültür və Sanat Vakfının yönəticilərindənəm.

Tarık Akanın son cümlələri, görünür mənim onun zəngimə dərhal reaksiya verməməyimlə və onun gözlənilməz zəngindən şoka düşməyimi bilməməyilə bağlı idi.

-Sizi çox gözəl tanıyıram, Tarık bəy, - dedim. – Həm də təkcə mən yox, ailəm, xanımım, oğlum, qızım. Bütün azərbaycanlılar sizi tanıyır və sevirlər. 

Tarık Akan mənim sözlərimi sevinc hissilə qarşıladı və dedi:

-Biz istəyirik Nazim Hikmət haqqında çəkdiyimiz filmdə sizin xatirələrinizi verək. Siz Nazimlə görüşmüsünüz, elədirmi?

-Bəli, - dedim - mən hazır, buyurun. 

Bir saatdan sonra birlikdəydik. Tarık Akan, Nazim Hikmət Kültür və Sanat Vakfının baş katibi Qiymət xanım Coşkun və çəkiliş qrupu. Mən Nazim Hikmətlə görüşlərimdən, onun yaradıcılığına həsr etdiyim yazılarımdan, Bakıda Nazimin ömür dostu Münəvvər xanımla, oğlu Mehmetlə, bacısı Samiyə xanımla, vaxtilə radioda bir yerdə işlədiyimiz, Nazimin müəllimi hesab olunan Zəkəriyyə Sərtəllə, onun xanımı Səbihə Sərtəllə görüşlərimdən, Türkiyədə işlədiyim illər ərzində Nazimlə bağlı xatirələrimdən söz açdım. 

Dediklərimi videolentə çəkdilər. Mən danışdıqca Tarık Akanın mas-mavi gözlərində Nazim Hikmət dühasına sonsuz bir məhəbbət gördüm və buna çox sevindim.

Çay süfrəsi arxasında oğlum Gündüzə göndərdiyim Tarık Akan fotoşəkillərindən danışdım. Sözümün həqiqət olmasını sübut etmək üçün oğlumun iş yerinə zəng vurdum. Tarık Akan dedi:

-Mənim adımı çəkmə. De ki, Türkiyədən qonağım var. Səninlə danışmaq istəyir.

Tarık Akan necə dedisə, elə də etdim. Oğluma zəng vurdum və telefonu Tarık bəyə verdim. Oğlumla aralarındakı mükalimə belə oldu:

-Mərhaba, Gündüz bəy.

-Mərhaba.

-Məni tanıdınmı?

-Üzr istəyirəm, yox, tanımadım…

-Atan Türkiyədə işləyəndə sənə kimin fotoqraflarını göndərirdi?

-Tarık Akanın!

-Tarık Akan mənəm!..

Oğlumun sevincini təsəvvür edirsinizmi? Heç on beş dəqiqə keçmədi ki, mənə Milli Məclisin qəbul otağından zəng vurdu. “Buradayam” – dedi.

Gəldi, Tarık Akanla görüşdü. Bir-birini qucaqladılar. Sankı uzun illərin dostu idilər. Sonra bir xatirə şəkli də çəkdirdik”.

Çox təəssüf həmin fotonu əldə edə bilmədik.

Foto sadəcə, xatirələrin tozunu alan süpürgədir deyib, yazımıza davam edək. Həmin səfər əsnasında Bakı Tarık Akanın həyatına rəng qatacaq bir hadisənin məkanı olur. İlk dəfə Bakıdakı oteldə Türkiyənin məşhur şəxslərindən olan otaq yoldaşına sonradan Tarık Akanı başqa yöndən qəhrəman kimi tanıtdıracaq “12 Eylül” hadisələri ilə bağlı yazıları əlyazma şəklində təqdim edir. 1980-ci ilin 12 sentyabrında baş verən və Kənan Evrənin hakimiyyətə gəlməsi ilə nəticələnən çevrilişdən bəhs edən yazıları sonradan kitablaşdırılır. Orada çevrilişdən sonra həbs edilən Tarık Akan bütün yaşantılarını nöqtəbənöqtə yazmışdı. Beləliklə Bakıdakı otel Tarık Akanın məşhur kitabının meydana çıxmasının ideya məkanı olur.


Bir şəklin tarixçəsi


Tarık Akanın azərbaycanlı aktyorlar- Rasim Balayev və mərhum Həsən Məmmədovla şəkli sosial şəbəkələrdə çox məşhurlaşdı. Bəziləri o fotonun Bakıda çəkildiyini iddia edirdi. Lakin həmin foto Özbəkistanın paytaxtı Daşkənddə çəkilib. Bu barədə Rasim Balayev vaxtılə Modern.az-ın “Fotosöhbət” layihəsinə verdiyi açıqlamasında bunları demişdi:


“Tarık Akanla olan həmin foto 1976-cı ildə Daşkənddə festivalda çəkilib. Sovet dövründə həmin festival hər il keçirilirdi. Cüt illər Daşkənddə, tək illər isə Moskvada keçirilən festivala Asiya, Afrika və Latın Amerikası ölkələri gəlirdilər. Ən azı 80 ölkədən nümayəndələr olurdu. 1976-cı ildə biz də rəhmətlik Həsən Məmmədovla o festivalda iştirak edirdik. Həmin vaxt mən Azərbaycanda, Tarık isə Türkiyədə çox məşhur idi. Hətta deyərdim ki, Tarık mehmanxananın dəhlizinə çıxa bilmirdi. Yəni o səviyyədə məşhur idi, tanınırdı. Allah ona hər şey vermişdi-boy-buxun, istedad”.


Arif Məlikovun evində olub

Aqşin Babayev qeyd edir ki, o, Nazim Hikmət haqqında danışarkən, Tarık Akan böyük sevgi ilə müsahibini dinləyirmiş. Nazimin həyat və yaradıcılığına bu qədər vurğunluq, məlumatlılıq aktyora zövq verirmiş. Tarık Akan hər şeydən, hamının qibtə edəcəyi gəncliyindən ək çəkərək, həyatını həsr etdiyi ideologiyanın ən böyük daşıyıcısının –Nazim Hikmətin bu qədər sevilməsinə çox heyrətlənib.

Tarık Akan Bakıda olarkən Azərbaycanın Xalq artisti, məşhur bəstəkar Arif Məlikovla da görüşüb, onun evində olub, söhbətləşib, şəkil də çəkdiriblər. Təəssüf ki, bu yazını hazırlayarkən Arif Məlkovun Tarık Akanla bağlı xatirələrini öyrənə bilmədik...



Əvəzində Tarık Akanın mediaya Arif Məlikovla danışdığı xatərləri əldə etdik. Tarik Akan 2014-cü ildə APA-nın Türkiyədəki müxbirnə Arif Məlikovun Bakıdakı evində bəstəkarın ona operanın necə bəstələndiyini göstərdiyini danışıb.

“Sizin vasitənizlə Nazimin pyesinə balet bəstələyən möhtərəm bəstəkar Arif Məlikova salamlarımı göndərirəm, ona mənim şəxsi salamımı çatdırmağınızı xahiş edirəm. Nazim barədə sənədli filmi çəkərkən onun evində oldum, bir operanın necə bəstələndiyini ağzım açıq halda, heyranlıqla gördüm. Ona böyük sevgi və hörmətimi göndərir, çox uzun yaşamasını diləyirəm”, deyə mərhum aktyor söyləmişdi.

 

Türk kinosunun əfsanəvi aktyoru Tarık Akan 2016-cı il 16 sentyabrında vəfat edib.

 

Aktyor İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. 66 yaşlı aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

O, 1972 ildə oynadığı film “Günahkar” filmi ilə 1973-ci ildə ən “Qızıl Portağal” Film Festivalının “Ən yaxşı kişi oyunçu” mükafatına layiq görülüb. T. Akan “Qızıl Portağal” Film Festivalında yeddi mükafat alan yeganə kişi aktyordur.
Tarık Akan 12 Sentyabr 1980-ci il çevrilişinin sonra Almaniyada etdiyi çıxışa görə həbs olunub və bir neçə ay məhbəs həyatı yaşayıb. Həbsdə qaldığı günlərdən bəhs edən kitabı 2002-ci ildə dərc etdirib.

 


 

E.Nazimoğlu


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
220 terrorçu saxlanıldı, 240 girov xilas edildi
16.12.2017, 20:54

220 terrorçu saxlanıldı, 240 girov xilas edildi

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi
16.12.2017, 20:42

Qadınlarla bağlı daha bir qadağa ləğv edildi

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ
16.12.2017, 20:28

“Terror dövləti yaradılmasına imkan verməyəcəyik”-Ərdoğandan ABŞ-a XƏBƏRDARLIQ

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi
16.12.2017, 20:18

Özünü eyvandan atmaq istəyən qadın xilas edildi

Avropanın ən yaşlı qadını qocalar evində öldü
16.12.2017, 20:02

Avropanın ən yaşlı qadını qocalar evində öldü

Şəki sakinini it parçaladı
16.12.2017, 19:53

Şəki sakinini it parçaladı

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər
16.12.2017, 17:47

“Çakır”ın kədərli həyat hekayəsi: anasını əmisinə ərə veriblər

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”   
16.12.2017, 17:32

Ərdoğan: “İslam dünyasının yenidən formalaşmağa ehtiyacı var”  

Mehriban Əliyeva ordenlə təltif olundu
16.12.2017, 17:06

Mehriban Əliyeva ordenlə təltif olundu

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   
16.12.2017, 16:33

“Azərbaycanlılar heç vaxt evtanaziyaya getməz” - Deputat və psixoloqdan AÇIQLAMA   

İlham Əliyev Qətər əmirini təbrik edib
16.12.2017, 16:20

İlham Əliyev Qətər əmirini təbrik edib

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü   
16.12.2017, 16:17

Rusiya ABŞ-a qarşı ittiham irəli sürdü  

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ   
16.12.2017, 16:11

25 dil bilən azərbaycanlı poliqlot  - O, 20 günə bir dili öyrətmək zəmanəti verir - MÜSAHİBƏ  

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi
16.12.2017, 15:55

Zakir Həsənov Ordu komandirlərinə tapşırıqlar verdi

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır
16.12.2017, 15:49

Dünyaca məşhur geyim firması mağazalarını bağlayır

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir   
16.12.2017, 15:45

Dövlət qurumlarındakı bu vəzifələr təyinat gözləyir  

Adı işdə, özü evdə olanlar...    
16.12.2017, 15:16

Adı işdə, özü evdə olanlar...   

Rusiyada azərbaycanlı qardaşını güllələdi
16.12.2017, 15:03

Rusiyada azərbaycanlı qardaşını güllələdi

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib
16.12.2017, 15:01

Rövşən Lənkəranskinin qardaşı vəzifəsindən azad edilib

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir
16.12.2017, 14:36

 “Şəriət yeni hökm çıxarmağa icazə vermir” - İlahiyyatçılar dini islahatları rədd edir

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI
16.12.2017, 14:12

“DÇ-2018”ə  gedən milli komandalarla bağlı iddialar açıqlandı - SİYAHI

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü
16.12.2017, 14:03

Əfqanıstanda 26 İŞİD-çi öldürüldü

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO   
16.12.2017, 13:58

Murad Dadaşov “Pole çudes”də Leonid Yakuboviçə Azərbaycan nefti bağışlayıb - VİDEO  

Fərasətinə, bərəkallah
16.12.2017, 13:42

Fərasətinə, bərəkallah

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir   
16.12.2017, 13:37

Piyada cərimələri artırılsınmı... - Ekspert “HƏ” deyir  

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO   
16.12.2017, 13:24

Polis Bakıda ölən kişinin yaxınlarını axtarır - FOTO  

Məsud Yılmazın oğlunun meyiti tapıldı   
16.12.2017, 13:21

Məsud Yılmazın oğlunun meyiti tapıldı  

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı   
16.12.2017, 13:18

Bakıda intihara cəhd edən kişinin qarşısı alındı  

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı
16.12.2017, 13:09

“BakuBus”un avtobusları 17 nömrəli marşrutda işə başladı

Yol polisi sürücülərə müraciət etdi
16.12.2017, 13:06

Yol polisi sürücülərə müraciət etdi

Cehiz “Karvan” xalçası
16.12.2017, 13:04

Cehiz “Karvan” xalçası

Astara sakinində 2 kq tiryək aşkarlandı
16.12.2017, 13:02

Astara sakinində 2 kq tiryək aşkarlandı

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  
16.12.2017, 12:59

Lerikdə öz ailə üzvlərinin qızıllarını oğurlayan saxlanıldı  

Azərbaycan toylarında yengəlik sıradan çıxır   
16.12.2017, 12:47

Azərbaycan toylarında yengəlik sıradan çıxır  

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  
16.12.2017, 12:19

Qadın sürücü ağır qəza törətdi - Özü həlak oldu, qızı yaralandı  

ARXİV
SORĞU
Xaricdəki hansı iş adamı Azərbaycana daha çox bağlıdır?
Vahid Ələkbərov(0.12%)
Araz Ağalarov (13.1%)
Mübariz Mənsimov (17.1%)
Fərhad Əhmədov(13.6%)
Füzuli Məmmədov(53.0%)
Telman İsmayılov (0.12%)
İsgəndər Xəlilov(0.08%)
Vaqif Məmişov(0.04%)
Heç biri(1.74%)
Digərləri(0.85%)