Modern.az

Bakıda qoruyucu maskalar defisitləşib

Bakıda qoruyucu maskalar defisitləşib

9 Noyabr 2009, 10:22

Azərbaycanda A(H1N1) virusu-“donuz qripi” xəstəliyi ilə bağlı yaşanan həyacan bəzi vətəndaşları ehtiyatlı davranmağa, müxtəlif qorunma üsullarından istifadəyə məcbur edib. Modern.az-ın araşdırması göstərib ki, son günlər apteklərdə və ticarət obyektlərində satılan birdəfəlik yaş və quru dəsmallara təlabat xeyli artıb. Bunu satıcılar da əməkdaşımızla söhbət zamanı təsdiqləyiblər. Paytaxtımıxda birdəfəlik qoruyucu maskalara da təlabat çoxalıb. Artıq bəzi apteklərdə maska qıtlığı yaranıb.

st1:*{behavior:url(#ieooui) }

Bakıda fəaliyyət göstərən bir sıra apteklər isə bundan istifadə edərək qoruyucu maskaların qiymətini 20 qəpikdən 1 manatadək bahalaşdırıblar.

Nərimanov rayonunda fəaliyyət göstərən apteklərdən birinin satıcısı Gülyanaq Quliyeva əməkdaşımıza bildirb ki, təkcə dünən onlar 200 ədəd qoruyucu maska satıblar: “Bu gün də gəlib soruşanlar olur, amma hələlik yoxumuzdu, sifariş vermişik tezliklə gətirməlidirlər”. Müsahibimiz deyib ki, maskaları alanlar daha çox məktəblilər, onların valideynləridir.

Yeri gəlmişkən, Modern.az Xətai rayonundakı 63 saylı orta məktəbdə müəllimlərin şagirdlərə dərsə maskada gəlməyi tapşırdığını artıq xəbər verib. Bakı şəhəri üzrə Təhsil İdarəsi isə hələlik paytaxtda şagirdlərin dərsə maskalı gəlmələri üçün orta məktəblərə hər hansı rəsmi göstəriş verməyib. Bu arada Azərbaycandan Ukraynaya küli miqdarda qoruyucu maska aparılıb. Belə ki, bir neçə gün öncə Bakıda olan Yalta şəhərinin rəhbərliyi öz yerli xəstəxanaları üçün paytaxtımızdan 10 min ədəd birdəfəlik qoruyucu maska alıblar. Bunu jurnalistlərə şəhərin meri Sergey Brayko bildirib. Merin sözlərinə görə, Yalta nümayəndə heyəti maskaları şəxsi vəsaitləri hesabına alıb. Xatırladaq ki, Azərbaycanda "donuz qripi" ilk dəfə bu ilin iyun ayında 2 nəfərdə aşkarlanmışdı. Həmin xəstələrin müalicəsi müsbət nəticələndi. Noyabrın 4-5-də isə 3 nəfərdə bu qripə yoluxma qeydə alınıb.

“Donuz qripi”nin yayılması ilə bağlı Rusiya apteklərində də gərginlik yaşanıb. Maskaya olan tələbat sürətlə artdığından tibbi ləvazimat çatışmazlığı yaranıb. Rusiya mətbuatı xəbər verir ki, həmin məmulatın istehsalının 50 faiz artırılması planlaşdırılıb. Tibbi ləvazimat istehsal edən “Axtamar” firmasının direktoru İrina Yumatova bildirib ki, noyabrda maskaya olan tələbat 20-30 faiz artıb: “Güman edirik, bu, hələ başlanğıcdır. İlin sonunadək tələbatın 50 faiz artacağı gözlənilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır