23 aprel 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Mavi beretli qəhrəman - Aprel şəhidinin həyat DASTANI - FOTOLAR
Mavi beretli qəhrəman - Aprel şəhidinin həyat DASTANI - FOTOLAR +
16.02.2017, 10:27

Vətəni qibləgah edən şəhidlər - XVLII


Modern.az saytı "Aprel şəhidləri" silsiləsindən növbəti yazını təqdim edir...


Məhəbbət dünyaya gələn günü - 1993-cü il dekabrın 16-sı  atasının əziz qohumu Raqub Ağamalıyev şəhid olmasının 40-cı günü idi.  Ermənilərin Qarabağda, tarixi torpaqlarımızı zəbt etdikləri ərazilərin bu üzündəki cəbhəyanı rayon və kəndlərdə hamı bir yumruq kimi birləşmişdi, gücü çatan, qolunda qüvvət, ürəyində təpər və qeyrət olan hər kəs cəbhəyə  könüllü batalyonlarla döyüşməyə gedirdi. Beyləqanın Dünyamalılar kəndinin cavanları, igidləri də o sırada idilər. Həmin döyüşlərdə  Dünyamalılar kəndi vətən uğrunda 23 şəhid vermişdi. O gündən bu günə kimi kənd adamları 24-25 ildir ki, gözləyirdilər. Gözləyirdilər ki, uğrunda qan tökdükləri tarixi torpaqlar geri alınacaq. Gözləyə-gözləyə həmin illərdə doğulan oğulları döyüş meydanında əsgər yaşına  çatdırdılar. Ataların qisasını oğullara qoydular.

O döyüşə hazırlaşan cəsurlardan biri də Ədalətin oğlu Məhəbbət Mirzəyev idi.  Hələ təhsil aldığı məktəbdə də fəal şagird kimi seçilər, "Şahinlər", "Cəsurlar" hərbi oyunlarinda həvəslə iştirak edər, birincilər sırasında olardı.  Ən böyük  arzusu isə hərbçi olmaq idi. Cəmşid Naxçıvanski adına məktəbə qəbul olunmaq istəsə də, bu baş tutmamışdı.  2012-ci ilin iyul ayında hərbi xidmətə yollanıb, Vətən qarşısında borcunu verməyə tələsmişdi. 2014-cü ilin yanvar  ayında hərbi  xidməti başa vursa da, uşaqlığından könül verdiyi peşənin ardınca düşərək,  Beyləqan rayonundakı N saylı hərbi hissədə qalıb, müddətdən artıq hərbi qulluqçu kimi işləməyə üstünlük verdi. Onun cəsarəti, hərbi tapşırıqları yerinə yetirmək üslubu hərbi hissə komandirlərinin də diqqətindən yayınmırdı.  Xüsusi Təyinatlı Qüvvələrin hərbi kursunu da müvəffəqiyyətlə başa vurandan sonra, əksəriyyət həmkarlarının içərisindən onu və dostu Elvini seçərək, 2015-ci ildə avqust ayının 18-də Çin Xalq Respublikasının Quançuhau şəhərinə xüsusi təlimə yola saldılar. Burada atıcı-snayperçi peşəsinin və hərbin bütün sirlərinə daha da dərindən yiyələndi. Məhəbbət Mirzəyev həm də uşu idman növünə də dərindən bələd idi. Və hətta çinli və digər 96 iştirakçı dövlətin hərbi öyrəncilərinin qarşısında öz gücünü və bacarığını  nümayiş etdirəndən sonra  uşu idman növünün vətənində ikinci yerin sahibi oldu.  Çinə səfər etmək, burda hərbin sirlərinə yiyələnmək, çox dəyişdirmişdi Məhəbbəti. Bilirdi ki, indi ən güclüdür. Həm də bu gücü məntiqə əsaslanmşdı.  Bilirdi ki, Azərbaycanda, torpaqları işğal altında olan vətəndə ona çox ehtiyac var, fikirləşirdi ki, kursu bitirib Vətənə qayıdandan sonra, mütləq biliklərini  hərbçilərimizə öyrədəcək.


2016-cı ildə yanvarın 21-də atası onu Heydər Əiliyev adına Hava Limanında qarşıladı.  Məhəbbət dərsini öyrənib gəlmişdi. Atası Ələkbər  kişi könlündə min bir sevinclə oğlunun boy-buxununa baxdı.  Həm qardaş bilirdi, həm dost bilirdi Məhəbbəti özünə. Qəlbi fərəhlə doldu, Vətəni qoruyacaq, ona dayaq duracaq oğlu Çindən gəlmişdi:

Qardaşım  Çindən gəlir,

Çindən seçimdən gəlir.

Əlində ehtiyatı

Bəylər içindən gəlir.


Ələkbər Mirzəyev deyir ki, oğlunu elə Bakıda qarşılayıb, Bakıda qoyub evə qayıtdı. Gəlib oğlu Raufa, qızı Şəmizəyə, həyat yoldaşı Pərvanəyə,  qardaş-bacısına, qohum-qonşuya Məhəbbətin salamını çatdırdı. Bir də ki, hər qohuma aldığı sovqatı gətirdi. Hamının könlünü-gözünü görmüşdü. Hər doğmanın bir payı var idi bağlamada. 


Atası ilə görüşüb ayrılandan sonra, Məhəbbət aid olduğu hərbi hissəyə gedib öyrəndiyi dərslərt haqqında komandirlərinə məlumat verdi. Məxsus olduğu bölüyün xüsusi tapşırıq və təlimlərinə yollandı. Yalnız mart ayında ona verlən məzuniyyətə uyğun olaraq, doğmaları ilə görüşə gəldi. Uzun ayrılıqdan sonra gəlib qohum-əqraba, doğmalarıyla görüşmək, Çində gördüklərindən danışmaq üçün ürəyi atlanırdı. Bir az da forslanırdı elə bil... Axı indiyə qədər nə kəndlərindən, nə də Beyləqandan Çinə oxumağa gedən hərbiçiləri olmuşdu. İndi bir mahal, bir el onunla fəxr edəcəkdi.  Ən çox anası üçün darıxmışdı. Anası Pərvanə oğlunun boyuna baxıb, sevindi, arzuları ürəyində ləpələndi. Oğlunun boynunu qucaqlayıb qara saçlarını əlləri ilə övkələdi, ətrini ürəyinə çəkdi.  Bütün analar uzaqdan gələn oğulları üçün belə darıxırlar. Onları ürəklərinə sıxıb, qoxusunu ciyələrinə çəkirlər. Ancaq qəlbinin içərisində sıxıntı var idi. Hərdən könlündə elə bil kiçik zəlzələ olurdu. Bilmirdi nədəndir. 10 gün ərzində oğlunun sevdiyi yeməkləri bişirib yedirdi, qulluğunda dayandı. 

Elə həmin günlər indi qazandığı uğurun sevincini valideynlərinə danışarkən Məhəbbət dedi: 

“Gördünüz ki, mən Vətənə, torpağa məxsusam. Çində oxumaq necə karıma gəldi”. 

Və həmin söhbət zamanı 8-ci sinfi bitirib Cəmşid Naxçivanski adına hərbi liseyinə sənəd verərkən qarşılaşdığı haqsızlığı da xatırladı. Dedi ki, “mən uşaq olanda ayağımın altını düz yazan, məni hərbiyə layiq görməyən o yalançı hərbi həkimlər görəsən indi məni görsələr neyləyərlər. Ay ana, niyə belə bizim gənclərimizi, balalarımızı öz xeyirlərinə görə sındırırlar, Vətənin deyil, öz mənafelərini güdürlər...”.


Martın 28-i isə yol çantasını yığıb –yığışdıran Məhəbbət kiçik qardaşı Raufun və dayısı qızlarının yanında belə bir söz işlədir: - Mən elə işlər görəcəm ki, 100 il bundan sonra da heç kim unutmayacaq.  Siz də unutmayın ki, uzun mənasız ömür yaşamaq insana hörmət gətirmir, mənalı ömür sürmək lazımdır. Unutmayın ki, torpaq suyla qarışanda palçıq olur, qanla qarışanda Vətəndir. 

Məhəbbəti  yola salandan, 4 gün sonra aprel döyüşlərinin xəbəri yayıldı.  Atası Ələkbər Mirzəyev:


- Ümumiyyətlə mən heç inana bilməzdim ki, oğlum şəhid ola bilər. Hansı ata oğlunun yoxluğu haqqında düşünür ki... Müharibənin başlanması xəbəri çıxandan sonra, getdim onların yerləşdiyi hərbi hissəyə. 2 gün orada gözlədim. Bir polkovnik dostu dedi ki, onlar mühüm əməliyyat keçirirlər, ərazidədirlər. Nə zaman gələcəyini deyə bilməz. 2 gün hərbi hissənin ətrafında qardaşım Aydınla qarovul çəkdim. Bakı ilə Beyləqan arasında qaldıq. Ayın 11-i gecə bir tanış hərbçi dedi ki, gedin Tərtərə.  Getdim uşağı Peyğəmbər deyilən məsciddən götürdüm. Orada bildim ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olub.  Onlara təlimat gəlib ki, qarşıda yaralı hərbçilərimiz var, Məhəbbət də atılıb irəli, qabağa gedəndə görüb ki, indi Bakıdakı Şəhidlər Xiyabanında uyuyan polkovnik Murad Mirzəyev  yaralıdır, onu ərazidən çıxaranda oğlum vurulub və həlak olub. Onun nəşini neytral zonadan götürəndə əlində partlamamış qumbara olub. Yəqin açıb qoyub ki, düşmənə rast gəlsə, özünü partlatsın. Mənim oğlum, düşmənə elə-belə can verməzdi. Yəqin yaralı olub, yarasın bağlaya bilməyib, fikirləşib ki, bəlkə düşmən keçər bu tərəfə... Ancaq onlar elə döyüşdülər, elə qəhrəmanlıq göstərdilər ki, düşmən bu səmtə dönüb baxa da bilmədi. 1 həftə gözləyəndən sonra, oğlumun cansız bədənini Beyləqana ata-baba yurduna Dünyamalılar kəndinə gətirdim... Aprelin 11-də kəndimizdən qəbristanlığa qədər 6 kilometr  yolu böyüklü-kiçikli hamılıqla oğlumu çiyinlərdə apardılar.  Neyləyə bilərəm, görünür qismət beləymiş...

Anası Pərvanə deyir ki, hələ də inana bilmir, 10 aydan artıqdır ki, hələ də oğul yolu gözləyir... Fikirləşir ki, bəlkə yalan ola, bəlkə dəyişik düşüb, bəlkə tabutda gələn onun oğlu deyilmiş, bəlkə möcüzə baş verəcək. Möcüzə gözləyir şəhid anası:


- Martın 15-i son çərşənbədə onu yola salanda dedim ki, oğul tez qayıt gəl, payızda sənin toyunu edək. Sevdiyi seçdiyi qız var idi.  Məhəbbət  yaşında oğlanlara xonça aparmaq, onlara toy eləmək lazım idi. Fələk bizə elə bir toy çaldırdı ki... Kimsəəyə arzulamıram. Keçən dəfə dostları gəlmişdi yenə... Deyirlər ki, oğul var evdən gedər, oğul var eldən gedər, Məhəbbət dövlətdən getdi. Dövlətimizin gələcəyi idi, gərəyi idi... Deyirlər ki, həmin döyüşlər başlananda Məhəbbət bir ayrı cür sevinirmiş. Yəqin bilirdi ki, Çində öyrəndiyi fəndlərlə düşmənin burnunu ovacaq. Oğlumun çiçəyi burnunda, arzuları qəlbində soldu. Qardaşı Raufun üzünə baxa bilmirəm.  Öldüyüm günə qədər  Məhəbbəti gözləyəcəm...

Oğlum, oğlum xan oğlum,

Qıyqacı baxan oğlum.

Deyirdim, tez böyü başa çat,

Aparım nişan oğlum...

Rauf  böyük qardaşı Məhəbbətdən  yadigar qalan  əşyaları sevə-sevə  bir-bir bizə göstərdi. Bu cansız, dilsiz yadigar əşyaların içərisində onun diplomları, tərifnamələri, Çindən  alıb gətirdiyi müxtəlif fiqurlar da var. Çindən daha çox fil fiqurları gətirib. Deyirlər fillər evə uğur gətirir, xoş xəbərin nişanəsidir.  Məhəbbətin əşyaları bu dəfə ona uğur gətirmədi. Hər işi daşdan keçən qəhrəman daşlı-qayalı yollarla zirvələrə təzəcə ucalmağa başlamışdı. Lakin... uğur zirvəsinin Şəhidlik məqamına yüksəldi. Ana-atasının arzuladığı gələcəyi qurmağa fələk imkan vermədi. Anası Pərvanənin gözünü yollarda qoydu. Onsuz da hərbçi peşəsini seçdiyi gündən anasının gözləri yollardan yığılmırdı... Lakin onda hələ gəlməyinə, qayıtmağına ümidi var idi.  İndi isə ümidsiz gözləyir...
Sonuncu ümidini itirsə də, ana yenə ümid edir ki, sevib boyunu oxşadığı,  “Ana”- çağıranda “Can ana” dediyi oğlunun səsini eşidəcək...
Məhəbbət artıq uzaq bir yolçuluğa çıxıb, Türk oğullarının Vətən torpağını əziz tutanların heç birindən geri qalmadı. Təki Vətən sağ olsun, təki torpaq alınsın deyib, düşmən üzərinə çəkinmədən, qorxmadan atıldı. Savaşın ən ağır anında döyüşçü dostlarının harayına çatdı. Başının üstündən yağış kimi güllələr yağa, sən də qorxmadan döyüşə atılasan ki, qarşıda dostlarım, komandirlərim var.
O aprel döyüşlərində həlak olan  və döyüşən bütün oğullarımız belə qəhrəman idi. Belə qəhrəmanlıq göstərdilər. Ölümün gözünə dik baxdılar. Qoy Azərbaycan, bütün dünya eşitsin ki, aprel döyüşlərində  Vətənimizi hörmətə mindirən, xəcalət tərini alnımızdan silən o şəhidlərin, o qazilərin hamısı QƏHRƏMANDIR! Biz unutmayacağıq. Unudanlar bilməyənlər isə bizdən deyil!


Aida Eyvazlı

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
CANLI YAYIM
Ermənilər Sarkisyanın istefasını bayram edir
SON XƏBƏR
Azərbaycana yanvar-mart aylarında qədər turist gəlib
23.04.2018, 22:33

Azərbaycana yanvar-mart aylarında qədər turist gəlib

Yeni komitə sədri Fuad Muradov - DOSYE 
23.04.2018, 21:56

Yeni komitə sədri Fuad Muradov - DOSYE 

Ərdoğan əsəbiləşib iclası tərk etdi
23.04.2018, 21:53

Ərdoğan əsəbiləşib iclası tərk etdi

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 
23.04.2018, 21:45

"Ermənistanda növbədənkənar parlament seçkiləri təyin ediləcək" - PAŞİNYAN 

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE
23.04.2018, 21:42

Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir... - DOSYE

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu   
23.04.2018, 21:33

Daha bir gənc deputata etimad göstərildi - Miqrasiya Xidmətinin rəisi oldu  

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”
23.04.2018, 21:15

“Ceyhun Bayramov işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilir”

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 
23.04.2018, 21:05

Məşhur türkoloqa "İlin alimi"  mükafatı verdili - AMEA-da 

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 
23.04.2018, 20:12

Dünyanın ən çox qazanan futbolçusu və baş məşqçisi 

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  
23.04.2018, 20:01

Turizm Agentliyinin yeni sədrinin uğurlu karyera yolu - BİOQRAFİYA  

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  
23.04.2018, 19:28

Fuad Muradov Diaspor Komitəsinin sədri təyin edildi  

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI
23.04.2018, 19:15

Prezident Nazirlər Kabinetinin yeni üzvlərini təyin etdi - SİYAHI

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb
23.04.2018, 18:55

Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir
23.04.2018, 18:41

Ermənistana müvəqqəti olaraq Karen Karapetyan başçılıq edir

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi
23.04.2018, 18:35

Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI
23.04.2018, 18:28

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat YAYDI

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi
23.04.2018, 18:14

Yol Polisi sürücülərə XƏBƏRDARLIQ etdi

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar
23.04.2018, 18:09

İranın qadın ağırlıqqaldıranları beynəlxalq yarışa qatılıblar

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 
23.04.2018, 17:55

Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - VİDEO 

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək
23.04.2018, 17:54

BMT-nin Əhali Fondundan media üçün seminar - qalib Türkiyəyə gedəcək

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO
23.04.2018, 17:44

Hüseynqulu Bağırovu nazir postunda əvəzləyəcək şəxs məlum oldu - FOTO

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”
23.04.2018, 17:31

Eldar İbrahimov: “Sarkisyanın istefa xəbəri məni də çox sevindirdi”

Ramiz Mehdiyev daha bir yeni naziri kollektivə təqdim edib
23.04.2018, 17:31

Ramiz Mehdiyev daha bir yeni naziri kollektivə təqdim edib

“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”   
23.04.2018, 17:24

“Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”  

Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub
23.04.2018, 17:19

Paytaxtda mənzil oğurluğu törətmiş 16 cinayətkar qrup ifşa olunub

Manatın sabahkı MƏZƏNNƏSİ 
23.04.2018, 17:11

Manatın sabahkı MƏZƏNNƏSİ 

Yerevanda “Qələbə” mitinqi keçiriləcək
23.04.2018, 16:56

Yerevanda “Qələbə” mitinqi keçiriləcək

Ceyhun Bayramov təhsil naziri təyin olundu
23.04.2018, 16:48

Ceyhun Bayramov təhsil naziri təyin olundu

Tanınmış jurnalist ürəyindən əməliyyat edildi
23.04.2018, 16:35

Tanınmış jurnalist ürəyindən əməliyyat edildi

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB
23.04.2018, 16:21

Serj Sarkisyan istefa verdi: “Bir neçə yol var, amma heç birinə əl atmayacam” - YENİLƏNİB

Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”
23.04.2018, 16:18

Moskva: “Baş verənlər Ermənistanın daxili işidir”

Deputat vətəndaşları qəbul etdi
23.04.2018, 16:10

Deputat vətəndaşları qəbul etdi

MTN generallarına hökm oxundu - YENİLƏNİB
23.04.2018, 16:10

MTN generallarına hökm oxundu - YENİLƏNİB

Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb   
23.04.2018, 15:59

Azərbaycan əhalisi siyahıya alınır - Komitə siyahıyaalma qrupları yaradıb  

Pulsuz müayinə olunanların sayı açıqlandı   
23.04.2018, 15:56

Pulsuz müayinə olunanların sayı açıqlandı  

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(7.35%)
İmtahan qiymətləri normalıdr(4.41%)
İmtahan qiymətləri aşağıdır(1.47%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.41%)
İmtahan qiymətləri artırılmalıdır(8.82%)