Modern.az

ABŞ ərəb müttəfiqləri ilə İrana qarşı birlik yaradır

ABŞ ərəb müttəfiqləri ilə İrana qarşı birlik yaradır

16 Fevral 2017, 11:26

ABŞ prezidenti Donald Trampın administrasiyası ərəb müttəfiqləri ilə İran əleyhinə yönələn və İsraili kəşfiyyat məlumatları ilə təmin edəcək hərbi birliyin formalaşdırılması üçün danışıqlar aparır.

 

 

Modern.az bildirir ki,bu haqda “Wall Street Journal” qəzeti bəzi Yaxın Şərq ölkələri hökumət dairələrindəki bir neçə mənbəyə istinadən xəbər yayıb.

 

 

Yaradılması nəzərdə tutulan alyansa Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin Misirin və İordaniyanın daxil olacağı gözlənilir.

 

 

Ərəb dünyasının digər ölkələrinin də bu alyansa qoşulacağı istisna olunmur.

 

Qəzetdəki yazıda qeyd edilir ki, alyans qarşılıqlı müdafiəni nəzərdə tutan NATO sisteminin komponenti olacaq. Burada təmsil olunacaq istənilən ölkəyə hücum ümumilikdə alyansa hücum kimi qarşılanacaq.

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?