Modern.az

“Gəncənin tarixi İpək Yolundakı rolu”

“Gəncənin tarixi İpək Yolundakı rolu”

16 Fevral 2017, 11:27

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Prezident Yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncə -  Avropa gənclər paytaxtı” layihəsi çərçivəsində Gəncənin İpək Yolundakı rolunun nəzərə çatdırılması məqsədilə layihə həyata keçirib.

 

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqına üzv olan ölkələrin gənclərinin, həmçinin gənclər təşkilatlarının nümayəndələrin iştirakı ilə keçirilən konfransda iştirakçılar qədim Gəncənin tarixi və mədəniyyəti ilə tanış olub, şəhərin qədim və müasir dövrdə İpək yolundakı tarixi, mədəni, sosial, iqtisadi sahələrdəki rolu haqqında müzakirələr aparıblar.

 

Layihənin başlıca məqsədi həm Gəncə - Avropa gənclər paytaxtı 2016 layihəsi çərçivəsində Gəncənin  mədəniyyətinieyni zamanda Gəncənin  İpək Yolundakı rolunu və Azərbaycanın İpək Yolu mədəniyyətinə verdiyi tövhələridünya ictimaiyyətində təbliğ etməkdir.

 

Tədbirdə məruzə ilə çıxış edən Gəncə Dövlət Universitetinin dosentləri Hüseyn Bəxtiyarov, Etibar Musayev və Heydər Kərimov bildiriblər ki, Avropa və Asiya qitələri arasında iqtisadi-ticarət və mədəni əlaqələrin təmin olunmasında mühüm rol oynamış  “Qədim İpək yolu”  xalqların da  iqtisadi, siyasi və mədəni inkişafına böyük təsir göstərmişdir. Qədim mədəniyyətin beşiyi olan Gəncə şəhəri Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Gəncənin şəhərin tarixi eyni zamanda sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır.21 noyabr 2013- cü il tarixində Yunanıstanın Saloniki şəhərində Avropa Gənclər Forumunun Baş Assembleyasında Gəncə şəhəri 2016-ci il Avropa Gənclər paytaxtı elan edilmişdir.

 

Qeyd edək ki, Gəncənin tarixi İpək Yolu yolundakı rolunu gənc nəslə çatdırmaq, Gəncənin incəsənətin müxtəlif vasitəsi ilə göstərmək, Azərbaycanda olan gənclərin Avropa Gənclər paytaxtı 2016 layihəsində iştirakını artırmaq, gənclərin beynəlxalq əməkdaşlıq sahəsində bilik və bacarıqlarını artırmaq, Azərbaycanlı yaradıcı gənclər ilə digər ölkələrin gəncləri arasında əməkdaşlığın artırılması layihənin əsas hədəflərindəndir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir