Modern.az

Azərbaycana dərman idxalı 51 faiz  artıb – RƏSMİ

Azərbaycana dərman idxalı 51 faiz  artıb – RƏSMİ

16 Fevral 2017, 12:01

“2017-ci ilin yanvarında 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə dərman vasitələrinin idxalında 51 faiz artım var”

 

Modern.az xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. O bildirib ki, 2016-ci ildə isə dərman vasitələrinin idxalı 2015-ci ilə nisbətən 20 faiz artıb.

“Dərman vasitələrinin idxalında artım var. Əsas çətinlik məzənnənin dəyişməsi ilə bağlıdır. Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə hər 100 min əhaliyə 25 aptek düşür. Bizdə də bu göstəriciyə yaxındır. Hər 100 min əhaliyə 22 aptek düşür”.

 

İqtisadiyyat Nazirliyinin müşaviri Manaf Bayramov əlavə edib ki, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin adını qeyd etməlidirlər.

“Əslində dərmanın tərkibi qeyd edilməlidir, bizdə isə buna riayyət edilmir. Pasiyent dərmanın tərkibini cədvəldə qeyd etməklə Azərbaycanda həmin tərkibdə necə dərman vasitəsinin mövcud olduğunu müəyyən edə bilər”

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı