Modern.az

“Natiq Qasımov” filminin təqdimatı olacaq

“Natiq Qasımov” filminin təqdimatı olacaq

16 Fevral 2017, 12:07

Yanvarın 24-də Nizami Kino mərkəzində “Natiq Qasımov” filminin təqdimatı olacaq.

Modern.az xəbər verir ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” tərəfindən istehsal edilib. Filmin rejissoru tanınmış rejissor Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, prodüsseri isə Müşfiq Hətəmovdur. Film əslən Mingəçevirdən olan Natiq Qasımov adlı gəncin qəhrəmanlığından bəhs edir.

Xocalı hadisəsindən sonra könüllü cəbhəyə yollanan Natiq bir neçə gün ərzində təkbaşına onlarla erməni əsgərini məhv edib. Ermənilərin onlarla Xocalıdan olan əsiri güllələyəcəyini gördükdə isə onların azad edilməsi müqabilində təslim olub. Bununla belə, Azərbaycan bayrağını ermənilərə verməyib.

Filmdə Natiqin bu qəhrəmanlığını şahidləri, həmin vaxt cəbhə bölgəsində olan italiyalı foto-reportyor Enriko Sarsini və “Oqonyok” jurnalının müxbiri Konstantin Smirnovun müsahibələri də yer alıb. İndiyə qədər bəlli olmayan sensasion məqamlar açıqlanıb.

Filmin çəkilişləri İtaliyada, Moskvada və Mingəçevirdə baş tutub.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir