Modern.az

İqtisadiyyat Nazirliyi: “Dərman qıtlığı yoxdur”

İqtisadiyyat Nazirliyi: “Dərman qıtlığı yoxdur”

16 Fevral 2017, 12:46

 Ötən illərlə müqayisədə dərman idxalının artması insanların rifah halının yüksəlməsi ilə əlaqədardır.

 

Modern.az xəbər verir ki, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib. O bildirib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi də onlara təlabatı artırıb.

 

“Dərmanların qiymətlərinin əvvəlki dövrlərlə müqayisədə aşağı düşməsi və əhalinin yaşayış səviyyəsi yaxşılaşdıqca dərmanlara təlabat artıb. Lakin ölkəmizdə bir insanın qutu sayı ilə dərman alması Türkiyə, Rusiya, Qazaxıstan və Belarusiyadan aşağıdır. Hansı ki həmin ölkələrdə əhalinin rifah halı bizdən yaxşıdır. Gözləntimiz budur ki, qiymət baxımından yetərli olsun və təhcizat baxımından da əlçatan olsun”.

 

 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev bildirib ki, bu gün apteklərdə aparılan monitorinqlər zamanı dərman vasitələrinin qıtlığı ilə bağlı hər hansı hala rast gəlinməyib.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır