Modern.az

Azərbaycanda “Jiquli” teplovozla toqquşdu - bir ailə öldü

Azərbaycanda “Jiquli” teplovozla toqquşdu - bir ailə öldü

16 Fevral 2017, 12:55

Fevralın 15-də saat 18 radələrində Saatlı rayonunun Sarıcalar kəndi ərazisindəki qorunmayan keçiddə Sabirabad rayon sakini Güloğlan Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomobili teplovoza vurub.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində sürücü və sərnişinləri - arvadı Hökumə və qızı Lamiyə olay yerində ölüblər.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı