Modern.az

Hərbi Prokurorluq ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı araşdırma aparır

 Hərbi Prokurorluq ermənilərin girov götürdüyü Elnur Hüseynzadə ilə bağlı araşdırma aparır

16 Fevral 2017, 12:58

Bir müddət əvvəl təmas xəttində ermənilər tərəfindən girov götürülmüş Bərdə rayon sakini Elnur Hüseynzadə ilə bağlı Respublika Hərbi Prokurorluğu araşdırmalara başlayıb.

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Respublika Hərbi Prokuroru Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, E.Hüseynzadə əvvə­llər hərbidə xidmət edib:

"Amma düşmən tərə­finə keçməzdən əvvəl ­hərbi xidmətdən tərxi­s olunması barədə əmri­ var. Bununla bağl­ı hazırda araşdırma aparı­lır".

Qeyd edək ki, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu Ermənistan hərbçiləri tərəfindən saxlanılıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir