Modern.az

İran və Türkiyə prezidentləri yazda görüşəcəklər

İran və Türkiyə prezidentləri yazda görüşəcəklər

16 Fevral 2017, 13:13

İran prezidenti Həsən Ruhani və onun Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğan bu ilin yazında görüşməyi planlaşdırırlar.

 

Modern.az bildirir ki, bu haqda İranın Türkiyədəki səfiri məlumat verib.

 

Səfir Muhəmməd İbrahim Taherian İran və Türkiyə arasındakı münasibətlərin əsrlərdən bəri olduğunu və inkişaf etdiyini söyləyib.

 

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər heç də həmişə rəvan olmayıb. Məsələn, Suriya məsələsində İran Bəşər Əsədi, Türkiyə bu ölkənin müxalifətini dəstəkləyir.

Bununla belə, İran 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdi qınayan ilk ölkələrdən biri olub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır