Modern.az

Astan Şahverdiyev yubileyini qeyd edib: “Oqtay Əsədov məni çağırdı...”

Astan Şahverdiyev yubileyini qeyd edib: “Oqtay Əsədov məni çağırdı...”

16 Fevral 2017, 14:11

Milli Məclisin deputatı Astan Şahverdiyevin 70 yaşı olub.

Deputat doğum günü ilə təəssüratlarını Modern.az saytı ilə bölüşüb.

“Dünən 70 yaşım tamam oldu. Dostlarımın əhatəsində doğum günü keçirdim. Milli Məclisin sədri Oqtay Əsədov məni çağırdı təbrik etdi, ürək sözlərini dedi. Axşam isə dostlarla şam yeməyində oturub ad günü keçirdik. Ailə üzvlərim-həyat yoldaşım, övladlarım, nəvələrim də məni təbrik etdilər. Dünyanın bir çox yerindən doğum günümlə bağlı təbriklər gəldi. Rusiya Elmlər Akademiyasının 2 akademiki zəng edib təbrik etdi. Almaniyadan, Amerikadan, Dağıstandan telefon zəngləri vasitəsilə təbrik etdilər. Almaniyada çalışan keçmiş tələbələrim də doğum günümü təbrik etməyi unutmadılar. Çox sağ olsunlar. Təbii ki, hədiyyələr də oldu. Əsas diqqətdir ki, onu da mənə göstərdilər”.


Deputat təmtəraqlı doğum günləri keçirməyi sevmədiyini də bildirib.

“Əslində təmtəraqlı doğum günləri keçirməyi sevmirəm. Ara yaşlarımı da heç vaxt qeyd etməmişəm. Yubiley ad günlərimi də ailə üzvlərimlə keçirmişəm. Düşünürəm ki, insan doğum günü keçirmək məsələsində də təvazökar olmalıdır”.

“70 yaşdan sonra üzü qocalığa doğru gedirsiz. Qorxmursuz ki” sualına deputatın cavabı maraqlı olub.

“Qocalıqdan qorxmuram. Yaşın üstünə yaş gəlməsi təbii olan şeydir. Kaş ki, hamıya qocalıq qismət olsun. Bir iş yoldaşım vardı. 79 yaşında dünyasını dəyişib. Ömrünün son 3 ilini xəstəliklə mübarizə aparıb. Həmişə mənə deyirdi ki, “Astan, kaş ki, hər bir insana qocalıq qismət ola. Amma sağlam şəkildə”. Şükürlər olsun ki, canımız sağlamdır”.


Qeyd edək ki, deputat Astan Şahverdiyev 1947-ci ildə anadan olub.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir