Modern.az

Elşad Eyvazlının “Böyüməyən uşaqlar”ı Ukraynada – FOTO

Elşad Eyvazlının “Böyüməyən uşaqlar”ı Ukraynada – FOTO

16 Fevral 2017, 20:40

Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının Ukraynada təqdimat mərasimi keçiriləcək.

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov Modern.az-a açıqlamasında  bu haqda danışıb.

O deyib ki, “Böyüməyən uşaqlar" kitabı  Ukrayna dilinə tərcümə olunaraq, 1000 tirajla  çap edilib. 

 

“Fevralın 21-də “Böyüməyən uşaqlar” kitabının təqdimatı  Xarkov şəhərində baş tutacaq. Daha sonra isə ayın 23-də kitabın təqdimetmə mərasimi Kiyevdə təşkil olunacaq. Kitabın təqdimat mərasimində  iştirak etmək üçün Azərbaycanın Ukraynadakı səfirliyi, diaspor nümayəndələri və digər rəsmi şəxslər də qatılacaq”.

 

Qeyd edək ki, "Böyüməyən uşaqlar" kitabı “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir neçə dilə tərcümə olunub. QHT Şurasının dəstəyi ilə bir neçə dildə çap olunub. Eyni zamanda, Milli Məclisin deputatları, Fuad Muradov, Rövşən Rzayev Cavanşir Feyziyev, Qarabağ icmasının rəhbəri Bayram Səfərov də bu işə ciddi dəstək veriblər. Film də çəkilib.

 

Rus, fransız və erməni dillərində də çap olunması gözlənilir.


"Böyüməyən uşaqlar" kitabının müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıdır. Kitab Xocalı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.


Xatırladaq ki, “Böyüməyən uşaqlar" Ukrayna dilində Murad Ömərovun maliyyə dəstəyilə işıq üzü görüb.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi