Modern.az

ABŞ-la Rusiya generallarının Bakıda müzakirə etdikləri məsələlər

ABŞ-la Rusiya generallarının Bakıda müzakirə etdikləri məsələlər

16 Fevral 2017, 20:25

Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla görüşü barədə məlumat yayıb.  Modern.az saytı APA-ya istinadən xəbər verir ki, görüşdə tərəflər Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyətini, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

 

Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən edilib.

 

Görüşdə təmasların davamı barədə razılıq əldə olunub.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi