Modern.az

Pakistanda terror 72 can aldı

Pakistanda terror 72 can aldı

16 Fevral 2017, 21:34

Pakistanda terror aktı törədilib. Modern.az saytı xarici mediaya istinadən  xəbər verir ki, hadisə Pakistanın cənubunda yerləşən Sind əyalətində törədilib. Terror aktı nəticəsində azı 72 nəfər ölüb, 150-dən çox insan yaralanıb. Məlumata görə, terrorçu-kamikadze insanların axşam namazı qılmaq üçün toplaşdığı məscidə girərək üzərindəki partlayıcı qurğunu işə salıb.

 

Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və ərazi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

 

Məlumata görə, İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürülüb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI