Modern.az

Azərbaycan planşet istehsalına başlayır

Azərbaycan planşet istehsalına başlayır

16 Fevral 2017, 22:35

Azərbaycanın gözdən əlillər üçün “Braille Pad” planşetlərinin istehsalına payızda başlanacağı gözlənilir. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, bunu  “BrailleX” şirkətinin rəhbəri Sayad İbrahimov bildirib.

 

Onun sözlərinə görə, hazırda planşet kompüterlərin bir neçə nümunəsi var: “Bu məhsula həm funksionallıq, həm də dizayn baxımından müəyyən dəyişikliklər planlaşdırılır. Bu sahədə işlər əlavə maliyyələşmə əldə olunduqdan sonra aparılacaq”.

 

“Braille Pad” planşeti istifadəçilərə barmaq ucları ilə toxunmaqla bir çox funksiyadan tam şəkildə istifadə etməyə imkan verən çoxsətirli taktil ekranla təchiz olunacaq.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir