Modern.az

Rusiyadan Venesuelaya, İrandan Çinə  - Dünyanın ən böyük NEFT YATAQLARI

Rusiyadan Venesuelaya, İrandan Çinə  - Dünyanın ən böyük NEFT YATAQLARI

İqtisadiyyat

16 Fevral 2017, 22:41

Neft tükənən təbii sərvətlərdən olduğu üçün onun geoloji ehtiyatlarının hesablanması və yeni yataqların kəşf olunması bu xammalı dünyaya çıxaran ölkələr üçün olduqca vacibdir. Bu səbəbdən də hər il geoloji-kəşfiyyat işlərinə onmilyardlarla dollar vəsait xərclənir.

 

Modern.az dünyanın 10 ən böyük neft yatağını təqdim edir.

 

 

1.Əl Qavar (Səudiyyə Ərəbistanı) – 1948-ci ildə Fars körfəzində aşkar olunan yataq 12 milyard ton təsdiqlənmiş neft ehtiyatına malikdir. Hazırda bu neft yatağını Saudi Aramco şirkəti istismar edir.

 

2. Böyük Burqan (Küveyt) – 1946-cı ildə Fars körfəzində tapılıb. Yataqda 11 milyard ton neftin olduğu ehtimal edilir. Yatağın operatoru Kuwait Petroleum Corp şirkətidir.

 

3. Bolivar Kostal (Venesuela) – 1917-ci ildə Marakaybo gölündə tapılan neft yatağıdır. 1917-ci ildən istimsar edilən Bolivar Kostalda 8,3 milyard ton neftin olması ehtimal edilir. Yatağın operatoru Petroleos de Venesuela şirkətidir.

 

4.Yuxarı Zakum (Birləşmiş Ərəb Əmirlikləri) – 1969-cu ildən istimsar olunur. Bu neft yatağı da Fars körfəzində yerləşir və 7 trilyon ton “qara qızıl”a sahibdir. Yataq Yaponiya və ABŞ şirkətləri tərəfindən istismar olunur.

 

5.Yuxarı/Aşağı Pars (Bəhreyn və İran) – Fars körfəzinin neftlə zəngin bu yatağı iki ölkə arasında bölünüb. 1991-ci ildə ortaq geoloji kəşfiyyat zamanı aşkar olunan yatağı Qatar Gaz və Petropars neft şirkətləri birlikdə istismar edir.

 

6.Kaşağan (Qazaxıstan) – Son 40 ildə dünyada kəşf olunmuş ən böyük neft yataqlarından biri sayılır. Xəzər dənizində 2000-ci ilin yayında aşkar edilən nəhəng yataq 6,4 milyard ton neft ehtiyatına malikdir. Yatağı Total, Shell və Eni kimi xarici neft şirkətləri istismar edir.

 

7. Samotlorsk (Rusiya) – 1965-ci ildə Qərbi Sibir torpaqlarında tapılan nəhəng neft yatağıdır. Rusiyanın ən böyük neft yatağı dövlətə məxsus Rosneft şirkəti tərəfindən istismar edilir.

 

8. Satsin (Çin) – 1959-cu ildən məlum olan yataq ölkənin Sinyalo vilayətinin ərazisindədir və 5,7 milyard ton təsdiqlənmiş karbohidrogen ehtiyatına malikdir. “Qara qızıl” yatağını yerli Petrochina şirkəti istismar edir.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...