Modern.az

Rusiya və Gürcüstan Azərbaycana məğlub oldu

Rusiya və Gürcüstan Azərbaycana məğlub oldu

16 Fevral 2017, 23:52

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. Modern.az saytı xəbər verir ki, püşkatmanın nəticəsinə görə yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır. İlk görüşdə Rusiya idmançılarına qarşı keçirən güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə başa vurublar. Ancaq xalların sayına görə öndə olan (32-29) yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

 

ABŞ komandası isə Gürcütanı 7:1, Rusiyanı 6:2 hesabı ilə məğlub edib. Yığmamızın ABŞ idmançıları ilə finalda iştiraka vəsiqə verəcək son görüşü sabah saat 9:00-da başlayacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər