Modern.az

Bakıya güclü qar yağıb

Bakıya güclü qar yağıb

17 Fevral 2017, 09:05

Ölkə ərazisinə ötən gecədən yağmağa başlayan qar hələ də davam edir. Azərbaycanın bütün yerləri kimi, paytaxt Bakıda qarla örtülüb.

Modern.az-ın məlumatına görə, hazırda paytaxt yollarında nəqliyatın hərəkəti azalıb. Bu da yolların sürüşkənliyi ilə əlaqədardır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

Fevralın 17-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Fevralın 18-də isə soyuq hava şəraitinə baxmayaraq havanın oksigenlə zəngin olması gözlənilir. 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, axşam yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər