Modern.az

Siyavuş Novruzov üçün ÖZƏL GÜN

Siyavuş Novruzov üçün ÖZƏL GÜN

17 Fevral 2017, 09:50

Bu gün Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun ad günüdür. Deputat 48 yaşını tamam edib.

Modern.az
 saytının məlumatına görə, Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra ali məktəbdə hüquq təhsili alıb.

Siyavuş Novruzov artıq 4-cü çağırışdır ki, Milli Məclisin mandatını daşıyır. 

O, ilk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə idi. 

2005-c ildə isə majoritar qaydada 5 saylı Şahbuz - Babək seçki dairəsindən millət vəkili seçilən S.Novruzov ikinci dəfə parlamentə düşə bilib. 

2010-cu il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə S.Novruzov 3-cü dəfə mandat qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat seçilib. 

2015-ci ildə o, dördüncü dəfə deputat seçilib. S.Novruzov hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər