Modern.az

Respublika yollarında 6 QƏZA - 2 ölü, 7 yaralı...

Respublika yollarında 6 QƏZA - 2 ölü, 7 yaralı...

Aktual

17 Fevral 2017, 10:21

“Hazırda respublika ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə edilir. Buna baxmayaraq bütün istiqamətlərdə yollar açıqdır, nəqliyyatın sərbəst hərəkəti təmin edilib”.

 

Bu haqda Modern.az-a məlumat verən Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, bəzi ərazilərdə buzlaşma müşahidə edilir:

 

“Hazırda Şəmkir-Gədəbəy yolu, Gəncə-Daşkəsən yolunda nisbətən buzlaşma var. Orada aparıcı nəqliyyat vasitələrinin hərəkəti mümkündür. Buna baxmayaraq qarın yağması, şəhərdaxili bəzi küçələrdə intensiv hərəkət olmayan hissələrdə buzlaşma var. Bu, nəqliyyatın hərəkətində problem yaratmasa da, belə havalarda idarəetmə təcrübəsi olmayan sürücülər, qış mövsümünə uyğun  şinlərlə təchiz edilməyən avtomobillər problem yaradır. Ona görə də xahiş edirik ki, bu cür havada ictimai nəqliyyata üstünlük versinlər”.

 

K.Əliyev bildirib ki, ötən sutka ərazində Bakı şəhərində ölüm və xəsarətlə nəticələnən heç bir qəza qeydə alınmayıb:

“Respublika üzrə 6 yol-nəqliyyat qəzası qeydə alınıb. Hadisələr zamanı 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Hadisələrdən biri dünən səhər Sumqayıtda baş verib. 85 yaşlı piyadanı avtomobil vurub və o, dünyasını dəyişib. Digər hadisə Bakı-Şamaxı yolunun  80-ci kilometrliyində, Qobustan ərazisində, saat 18:30-da qeydə alınıb. 2 avtomobilin toqquşması nəticəsində xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir