Modern.az

Pentaqondan generalların Bakı görüşü haqda AÇIQLAMA

Pentaqondan generalların Bakı görüşü haqda AÇIQLAMA

17 Fevral 2017, 11:01

Ötən gün Bakıda Rusiyanın Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford görüşüblər.

Görüşdə  Rusiya-Amerika münasibətlərinin cari vəziyyəti, Avropada, Yaxın Şərqdə, Şimali Afrikada və dünyanın başqa əsas regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

“Hər iki tərəf böhranın aradan qalxması, risklərin, insidentlərin  azaldılması üçün hərbi təbdirlərin operativ təhlükəsizliyini təmin etməyi zəruri sayır”.

Modern.az saytının məlumatına görə, generalların Bakı görüşünün nəticəsi ilə bağlı Pentaqonun yaydığı bəyanatda belə bildirilib.

Bəyanatda qeyd olunub ki, generallar bundan sonra əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər.

Bununla yanaşı, tərəflər Suriyada ABŞ və Rusiya hərbi təyyarələri arasında insidentlərin qarşısını almaq üçün daimi hərbi təmasların vacibliyini dəstəkləyiblər.

 

Aqşin KƏRİMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub