Modern.az

Qar məktəblərə də təsir etdi - dərsə davamiyyət pisləşdi

Qar məktəblərə də təsir etdi - dərsə davamiyyət pisləşdi

17 Fevral 2017, 11:01

Dünən axşam saatlarından başlayaraq ölkənin bütün regionlarına güclü qar yağıb. Qarın yağması bu gün də davam edir. Əldə etdiyimiz məlumatlara görə. Bəzi məktəblərdə qar yağması səbəbindən bəzi yerlərdə dərs keçilməsi təxirə salınıb.


Modern.az
saytı Təhsil nazirliyi və Bakı Şəhəri Baş Təhsil İdarəsi ilə əlaqə saxlayıb.


Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlamsında davamiyyətin aşağı düşəməsini təsdiqləyib.

“Hal-hazırda bölgələrlə əlaqələr yaradılır. Qarın yağması ilə bağlı məktəblərdə problemlər var. Davamiyyətin aşağıdüşmə faizləri öyrənilir. İlkin məlumata görə qar daha çox dağlıq rayonlarında yerləşən bölgələrə yağıb. Ucqar kəndlərdə yerləşən məktəblərdə isə davamiyyət kifayət qədər aşağı düşüb. Günorta saat 1-ə qədər daha çox hansı bölgədə faiz göstəricisi olaraq vəziyyətin necə olması barədə məlumat verəcəyik”


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxt məktəblərində də davamiyyət aşağı düşüb.

“Hava şəraitinin kəskin dəyişməsi və qar yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət göstəricisi digər günlərə nizbətən aşagı düşüb. Buna baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi davam edir”,-deyə idarədən bildirilib.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu