Modern.az

Bakıda ölmüş 4 kamerunlunun meyitinə yiyə duran yoxdur  - Cəsədlər 1 aydır morqda qalıb

Bakıda ölmüş 4 kamerunlunun meyitinə yiyə duran yoxdur  - Cəsədlər 1 aydır morqda qalıb

Aktual

17 Fevral 2017, 11:49

Bakıda dəm qazından zəhərlənərək faciəli şəkildə ölən kamerunlu futbolçular-Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata, Nzemele Ezzambenin meyitləri Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsində saxlanılır.

 

Şöbədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, meyitlərin ölkələrinə göndərilməsi Bakı şəhər prokurorunun birinci müavini Azər Əsgərovun nəzarəti altındadır:

“Meyitlər, ölkələrinə tək-tək ailələri tərəfindən aparılmayacaq. Meyitlərin ölkələrinə aparılması Azərbaycanın Respublikasının hesabına təmin ediləcək. Kamerunun Azərbaycanda səfirliyi olmadığından, nümayəndəliklə əlaqə yaradılıb. Eyni zamanda Kamerunun Moskvadakı səfirliyi Bakıdakı Rusya səfirliyinə müraciət edib. Hazırda meyitlərin ölkələrinə göndərilməsi üçün danışıqlar davam etdirilir”.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, hadisə yanvar ayının 16-dan 17-nə keçən gecə, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında qeydə alınıb.

Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu, digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub. Tələbə, 1997-ci il təvəllüdlü Nans Ekumun meyiti valideynləri tərəfindən Kameruna aparılıb.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?