Modern.az

Mehman Hüseynovun məhkəməsi təxirə salındı

Mehman Hüseynovun məhkəməsi təxirə salındı

17 Fevral 2017, 12:18

Bloqqer Mehman Hüseynovun barəsində olan xüsusi ittiham qaydasında şikayət üzrə cinayət işinin hazırlıq iclası təxirə salınıb.

Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

O deyib ki, hazırlıq iclası fevralın 24-də, saat 10.00-a təyin edilib.

Qeyd edək ki, Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə təqsirli bilinərək saxlanılmışdı. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə bloqqer 200 manat cərimələnərək sərbəst buraxılıb. M.Hüseynov mətbuata verdiyi açıqlamada polislərin onunla pis rəftar etdiyini, fiziki zorakılığa məruz qaldığını, başına torba keçirildiyini deyib.

DİN-nin mətbuat xidmətinin rəisi Ehsan Zahidov saytımıza açıqlamasında bloqqerin dediklərini təkzib etmişdi.

Bundan sonra Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir