Modern.az

“Bu görüş Azərbaycanın müstəqil siyasətinin güc mərkəzləri tərəfindən qəbulunun təsdiqidir”

“Bu görüş Azərbaycanın müstəqil siyasətinin güc mərkəzləri tərəfindən qəbulunun təsdiqidir”

Aktual

17 Fevral 2017, 12:37

Ötən gün Bakıda Rusiyanın Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford görüşüblər.

“Bu görüş Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan həm ABŞ, həm də Rusiya dövlətləri ilə yaxın dostluq münasibətləri qurub, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirib”.

 

Modern.az xəbər verir ki, bunu “İrəli”nin sədri Mirhəsən Seyidov bildirib.

 

O qeyd edib:

 

“Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri vardır.

Bu görüş Azərbaycanın dünya miqyaslı nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşıldığının, etimad göstərildiyinin təzahürüdür. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirmişdir. Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. 

 

Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

 

Düşünürəm ki,  bu görüşün Azərbaycanda keçirilməsində Azərbaycanda olan ictimai-siyasi sabitlik, Cənab prezidentin siyasi iradəsi, ABŞ və Rusiya dövlətləri ilə olan əməkdaşlığımız, Hər iki tərəfin  Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın gücü, Cənab Prezidentin müstəqil siyasi kursu haqqında məlumatlı olması xüsusi əhəmiyyət daşıyır və böyük rol oynayır”.

 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir