Modern.az

Alparslan Çelik Rusiyaya ekstradisiya oluna bilər

Alparslan Çelik Rusiyaya ekstradisiya oluna bilər

17 Fevral 2017, 13:30

Rusiyaya məxsus Su-24 təyyarəsini Suriya-Türkiyə sərhəddində vurmaqda və pilotu öldürməkdə ittiham olunan Alsparslan Çelik Moskvaya ekstradisiya oluna bilər.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya ədliyyə nazirinin müavini Maksim Travnikov məlumat verib.

“Cinayət işləri üzrə hüquqi yardım haqqında Rusiya –Türkiyə arasında imzalanmış protokol ratifikasiya olunduqdan sonra bu mümkün olacaq”.

 

 Xatırladaq ki, Su-24 təyyarəsi 2016-cı ilin noyabrında Suriya-Türkiyə sərhəddində vurulmuşdu. Rusiya tərəfi insidentə görə Türkiyə vətəndaşı Alparslan Çelikini ittiham edir.

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi