21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Turan İmperiyasının tarixi və mahiyyəti - I Yazı
Turan İmperiyasının tarixi və mahiyyəti - I Yazı
17.02.2017, 13:53

Dos., Dr. Faiq Qəzənfəroğlu


İlk Turan İmperiyasının nə zaman mövcudluğu ilə bağlı müxtəlif fikirlər mövcudur. Onun tarixini m.ö. 4-2 minilliklərə, bəzən də daha qədim dövrlərədək aparıb çıxaranlar da, eyni zamanda belə bir imperiyanın miladdan öncə 1-ci minilliklə miladdan sonrakı 1-ci minilliyin arasında görənlər də var. Buna səbəb də, Turan İmperiyasının varlığına yanaşmalarda Qərb alimlərinin əksəriyyətinin elmi obyektivlikdən çox subyektivliyə yol vermələridir. Şübhəsiz, bu subyektivliyin arxasında da Avropalıların iranlıların/farsların “qara qaşlarına, ala gözlərinə aşiq olması” deyil, daha çox qərbçi, yəni antitürk/antiislam maraqları önəmli rol oynamışdır. Ona görə də, bir neçə Qərb alimini çıxmaq şərtiylə çoxu Turan İmperiyasının, o cümlədən türklərin tarixini bacardıqları qədər “gənc”ləşdiməyə, bu da mümkün olmadığı halda Turanlıları Türklərdən ayırıb onu Hind-Avropa mənşəli iranlıların aşağı budağı elan etməyə çalışmışlar.


Turan İmperiyasının varlığıyla bağlı fikirlərin yenidən gündəmə gəlməsi də, əslində İran/Arya ideyasının dirçəldiləməsi zəminində, istər-istəməz ortaya çıxmışdır. Bu baxımdan XIX əsrdən etibarən Avropa alimlərinin əksəriyyətinin Qacarlar dövlətinin ərazisini “Persiya” ya da “İran” kimi adlandırması, bu zaman da “İran İmperiyasını” qədimləşdirmək adına onun Turan İmperiyasıyla üz-üzə qoyulması sırf Qərb mərkəzli ideya olmuşdur. Çünki iranlıların/aryanların ən əski tarixində iki millətlə: Turanlılar və Samilərlə böyük müharibələr olmuşdur. Ancaq bu bir faktdır ki, iranlılar Ön Asiyaya və Orta Asiyaya gələndə ilk böyük qarşıdurmaları Samilərlə deyil, Turanlılarla olmuşdur. Bu anlamda Qərb alimlərinin iranlılar/aryanlar-samidillilər deyil, iran-turan problemini daha çox gündəmə gətirmələri başa düşüləndir. Çünki ən əski dövrlərə baxanda iranlıların varlığını ortaya qoyan məhz turanlılar olmuşdur. Bu aryanların ən qədim kitabı hesab olunan “Avesta”da, eləcə də onun Orta əsrlərdə davamı olan “Şahnamə”lərdə də öz əksini tapmışdır ki, həmin kitabların ortaya çıxması İran-Turan probleminin yenidən gündəmə gəlməsində mühüm rol oynamışdır.


Ümumiyyətlə, Qərb alimləri özəlliklə XVIII əsrin ortalarında fransız alimi Düpperon tərəfindən aşkar edilən “Avesta” (“Zənd-Avesta”) ortaya çıxdıqdan sonra qəsdli ya da qəsdsiz “Turan” və “İran” məsələsiylə bağlı müxtəlif müddəalar ortaya atmışlar. “Avesta”ya əsaslanaraq ən əski dövrlərdə “Aryan/İran” və “Turan” olduğunu iddia edən Qərb alimlərinin əsas müddəalarından biri odur ki, “İran”/Arian və “Turan”/Tur əzəldən bir-birinə düşmən iki ayrı-ayrı millətləri kimi dilləri, dinləri və mədəniyyətləri fərqli olmuşdur.


Doğrudan da, “Avesta”nın Qatalar bölümündə Tur və Tura adlı qövmdən bəhs olunur ki, Turlar Aryanların düşməni kimi göstərilir. Belə ki, «Avesta»da Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflənməsi faktdır. Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi ari soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur, turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanış və başqalarının qurbanını isə rədd edir: «Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan… Anahit Ardvisur Ona belə bir uğur, səlahiyyət vermədi. Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını məğlub etmək, ələ keçirmək istəyən arilərə uğur diləyir. Maraqlıdır ki, əski Turan mənbələrində də göstərilir ki, Zərdüşt ömrünün axı­rında öz dinini yaymaq uğrunda müharibələrdə iştirak edərkən Turanlılarla ya da Hunlarla müharibədə öl­dü­rül­müşdür.


Qərb alimlərinin “İran” və “Turan”ın tamamilə fərqli ulusları ifadə etməsini doğru hesab edən Türk aydını Mehmet Fuad Köprülü də yazır ki, Arilərlə Turlar başqa-başqa millətlərdir: “İranlılar Tura nisbətlə bu ölkəyə Turan adını verirlər ki, bu ad farsca türk kəliməsinin cəm şəkli olan Tur(k)andan, Tur və ya Turaç da Türkdən başqa bir şey deyildir. Turan xanı Alp Ər Tonqa Turun nəvəsi olub İran, Hindistan, Yunan, Rus ölkələrini fəth edib. Alp Ər Tonqanın dövründə Turanın başkəndi Mərv ya da Bəlx olub ki, bura Ak-Hunlar – Eftalitlərin də paytaxtı idi.


“İran” “Turan” qövmi ayrılığına dəlillərdən biri kimi də Turan hökmdarlarının “Xan”, İran hökmdarlarının isə “Şah” adlandırılması göstərilir. Ancaq zaman-zaman “Xan” ünvanını Türk və Turan toplumlarla yanaşı əfqan, pakilər, farslar, çinlilər də işlətmişlər. Hətta, İran-Fars yazarları “Şahnamə”, Turan-Türk alimləri isə “Xannamə” yazmışlar.


Beləliklə, dünya alimlərinin, o cümlədən qərblilərin irəli sürdükləri əsas müddəalardan biri odur ki, bir-birinə düşmən olan Aryanlar Hind-Avropa mənşəli olduğu halda, Turlar türklərin əcdadıdır və onun adını Turan torpağının adından ayırmaq olmaz. Fransız alimi G.Montandona görə də Turan irqi Ari irqindən fərqli olaraq monqoloid və avropeid irqinə aid mələz bir irqdir ki, buraya türklər, tatarlar, yakutlar, altaylılar, monqollar və başqaları aiddirlər. Alman alimi Max Müllerə görə də Türk, Moğol, Tonguz, Macar, Fin dilləri yalnız Turan dillərinə aiddir. Bir zamanlar Sümer, Yapon və Qafqaz dilləri də Turani dillərə aid olmuşdur. L.Rasonyi də hesab edir ki, Ari irqindən tamamilə uzaq olan Turan irqi monqoloid irqiylə də az bağlı olub, daha çox Ön Asiyaya aiddir.


Sadəcə, bu günün özündə də ən çox mübahisə doğuran Ön Asiya, Orta Asiya və Kiçik Asiyada uzun müddət hökmranlıq etmiş Troyalılar, Etrusklar, Kimmerler, Skiflər, İskitlər, Sakaların bir-birindən tamamilə ayrı irqlər olan Aryan/İranlı ya da Turan/Turanlı olması məsələsidir. Məsələn, Şərq qaynaqları əsasən İskitlərin, Sakaların Turanlı, Qərb alimləri isə Aryan soylu olduğunu iddia edirlər. Ancaq Skiflərin deyil də, daha çox Sakaların Turanlı olduğu haqda Qərb və Şərq alimləri arasında fikir birliyi vardır. Hüseyin Cevizoğluna görə də, Türk və Turan sözlərinin kökü “Tur/Dur”la, sonu isə saklarla bağlıdır. Tursak və Tursaki adları da göstərir ki, Türklər Saka çağında (m.ö. 10-8-ci əsrlər) bu adla anılmış Turanlı boylardır.


Qərb alimlərinin ikinci müddəasına görə, “İran”/Aryanlarla və “Turan”/Turlar eyni irqin, yəni Hind-Avropa irqinin yuxarı və aşağı budaqlarıdır. Bu məsələylə bağlı isə, Avropa alimlərindən bir hissəsi hesab edirlər ki, eyni kökdən olan Arilər və Turların bir-birindən ayıran əkinçiliklə köçərilik və din məsələsi olmuşdur. Bu müddəaya görə, Turlar ya da turanlılar əkinçi İran boylarına qarşı çıxan köçəri İran boyları olub ki, onlar arasında düşmənçilikdə yalnız dini inanclarla bağlı olmuşdur. Bu uydurmanın ortaya çıxmasında fars şairi Firdovsinin də rolu az olmamışdır. O, “Şahnamə”də heç bir əsas olmadan yazır ki, İran/Aryan şahı Firudin aləmi üç oğlu arasında bölüşdürür: Rumi Xavəri Səlmə, Çinlə Türküstanı Tura və İranı isə İyrəcə ve­rir.Firdovsinin bu əsərindən belə çıxır ki, guya Səlmlə İyrəcin qar­daşı olan Tur türklər yaşayan ölkənin, İyrəc isə İra­nın sahibi olmuşdur. Firdovsinin “Şahnamə”də Turlarla Arilərin/İranlıların eyni irqdən olması kimi uydurmalara yol verməsi bir neçə məqamda aşkar şəkildə ortaya çıxır. Birincisi, Firdovsi yazır ki, İran/Fars şahı “oğlu” Turu türk­lər yaşayan Turana, yəni Türküstan və Çinə şah kimi göndərir. Bu o deməkdir ki, Tüküstanla Çinə hökmdar gedən Turun fars/iranlı olması mümkün deyil idi. İkincisi, daha sonra Firdovsi yazır ki, İran/Fars şahlarından Gəştasb (Gərşasb) zərdüştilik dininin yayılması ilə məşğul olduğu halda, Turan hökmdarı Əfrasiyab türklər arasında zərdüştiliyin yayılmasına əngəl olmuşdur. Bu o deməkdir ki, Turun xələflərindən olan Alp Ər Tonqa ulu babaları kimi Tanrıçılığa daim sadiq qaldıqları kimi, bu torpaqlara gəlmə olan Gətasb Arilərin oda pərəstişlərinin davamı kimi zərdüştlüyü qəbul etmişlər. Üçüncüsü, Firdovsi Turanın başına Turu göndərməklə dolayısıyla Türklərin/Turanlıların başçılarının daima İran/Arilər tərəfindən təyin olunması  uydurmasını ortaya qoymağa çalışmışdır. Halbuki Turan İmperiyasına gəlmə olan arilər/iranlılar Əhəmənilərə qədər Türklərin vassalı olmuşdur. Şübhəsiz, Firdovsi bunu qəbul edə bilmədiyi üçün Arilərin gah Türklər, gah da Sami xalqları üzərində hakimiyyət sürməsi kimi uydurmaları dövriyyəyə buraxmışdır. Bunu inandırıcı etmək üçün də, Türküstanın/Turanın hökmdarını “İran şahının oğlu” kimi qələmə verir.


Bizcə, yeni dövrdə də Firdovsinin uydurmalarına yalnız onun kimi “uydurmaçı” Qərb alimləri inanmışlar. Belə ki, Lev Qumilyova görə, eyni kökdan olmalarına baxmayaraq arilər/iranlılar zərdüştliyi qəbul etdikləri halda, Turanlılar isə bu dinə qarşı çıxmışlar. V.Bartold da hesab edir ki: “Tura­na gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmən­çilik var idi və VI əsrdə Türküstan türklərin hökmran­lığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”. Bu mülahizə Qərbçi A.Toynbi və başqaları tərəfindən də müdafiə olunmuşdur. Ümumiyyətlə, bu qərbçiu alimlərin fikirlərindən belə “nəticə” çıxır ki, ən qədim dövr­­lərdə Avropada və Asiyada, ancaq eyni soykökdən olan Hind-Avropa (Ari və Turan) əhalisi yaşamışdır, yalnız erkən orta əsrlərdə haradansa, yəni Avropada və Asiyada əv­vəllər yaşamayan türklər «peyda olmuş» və onlar hind-avropalılar­ın qədim məskənlərini ələ keçirərək buranı Tür­küs­tan adlan­dırmış, hətta üstəlik Turan adını da on­lar­dan mə­nimsəmiş­lər. Şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirə bilməz.


Bəzi qərb alimləri ikinci müddəalarının zaman zaman gerçəkçi olmamasının aşkara çıxmasılyla üçüncü mülahizəni də ortaya atmışlar. Belə ki, bəzi Qərb müəllifləri yazırlar ki, Turan anlayışı milliyyəti, qövmiyyəti deyil çoğrafi ərazini, ölkəni (Turan ölkəsi, Turan vətəni) ifadə edir. Məsələn, Eliza Reklüye görə, Turan anlayışı altında hələ qədim zamanlarda Asiyadan Şimali Buzlu okeanına və Berinq boğazına qədər ərazilər nəzərdə tutulur. O zaman “İran”ın da “Turan” kimi milliyyət deyil, coğrafi ərazi, vətən adı olması mülhaizələrini irəli sürmək lazımdır. Bu məntiqdən çıxış etsək, “İrandilli xalqlar” anlayışı ya tamamilə mənasızdır ya da əks təqdirdə “Turandilli, Turansoylu xalqlar” istilahı da eyni ciddiyyətlə gündəmə gətirilməlidir. Yəni yalnız birtərəfli olaraq iddia  etmək ki, “Turan” yalnız coğrafi addır ya da Ariliyin aşağı budağıdır, qətiyyən doğru deyildir. Əski dövrlərlə bağlı Turan dedikdə, turların/türklərin yaşadığı ölkə, dövlət, imperiya başa düşülməlidir.

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı
21.09.2017, 17:09

İraq kürdləri referendumun vaxtını dəyişməyə hazırdı

Elton Məmmədov bacısının işdən çıxarılması haqda danışdı   
21.09.2017, 16:52

Elton Məmmədov bacısının işdən çıxarılması haqda danışdı  

Müdafiə Nazirliyinin Kollegiyası: “Ali Baş Komandanın BMT-dəki fikri ordumuz üçün əmrdir”
21.09.2017, 16:50

Müdafiə Nazirliyinin Kollegiyası: “Ali Baş Komandanın BMT-dəki fikri ordumuz üçün əmrdir”

Azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb - AÇIQLAMA
21.09.2017, 16:35

Azərbaycanlı zəvvarlar heç bir problem yaşamayıb - AÇIQLAMA

Dadandısa, quduracaq
21.09.2017, 16:31

Dadandısa, quduracaq

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA
21.09.2017, 16:24

Pambıq yığımına aparılan tibb işçiləri - Səhiyyə Nazirliyindən qəza ilə bağlı AÇIQLAMA

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar
21.09.2017, 16:18

Gəmi sürücüləri  də sürücülük vəsiqəsi almalı olacaqlar

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edildi   
21.09.2017, 16:12

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin edildi  

Ermənistanda biznesmenə “milli qəhrəman” adı verildi
21.09.2017, 16:08

Ermənistanda biznesmenə “milli qəhrəman” adı verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gəldi   
21.09.2017, 15:45

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri aksiya keçirilən məktəbə gəldi  

Yol polisi piyadaları məsuliyyətsizlikdə suçladı
21.09.2017, 15:40

Yol polisi piyadaları məsuliyyətsizlikdə suçladı

Baş Prokurorluq: Qadını vurub qaçan sürücü tutuldu   
21.09.2017, 15:36

Baş Prokurorluq: Qadını vurub qaçan sürücü tutuldu  

İstanbulda məhkəmə binası önündə atışma: yaralı var
21.09.2017, 15:34

İstanbulda məhkəmə binası önündə atışma: yaralı var

Akif Əli haqqında söz-söhbətlərə son qoyuldu - Xaricə getdiyi TƏSDİQLƏNDİ
21.09.2017, 15:29

Akif Əli haqqında söz-söhbətlərə son qoyuldu - Xaricə getdiyi TƏSDİQLƏNDİ

Myanma qaçqın rohincalara vətəndaşlıq verəcək
21.09.2017, 15:28

Myanma qaçqın rohincalara vətəndaşlıq verəcək

“Əl çəkin məndən” – Əli Ömərov
21.09.2017, 15:25

“Əl çəkin məndən” – Əli Ömərov

Ermənistanda 2 nazirlik arasında Qarabağa görə QALMAQAL    
21.09.2017, 15:19

Ermənistanda 2 nazirlik arasında Qarabağa görə QALMAQAL  

Ziya Məmmədovun bacısı bu süjetə görə işdən çıxarılıb - VİDEO
21.09.2017, 15:09

Ziya Məmmədovun bacısı bu süjetə görə işdən çıxarılıb - VİDEO

Elçin Quliyev
21.09.2017, 15:08

Elçin Quliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.15%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.5%)
- Məhərrəmlık əsl İslama ziddir(31.5%)