Modern.az

Milli Məclis dünya parlamentlərinə müraciət edəcək

Milli Məclis dünya parlamentlərinə müraciət edəcək

17 Fevral 2017, 14:00

“Hər il olduğu kimi bu il də Azərbaycan Milli Məclisi dünya ölkələrinin parlamentinə Xocalı soyqırımı ilə bağlı müraciət edəcək”.

Modern.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

O bildirib ki, əvvəlki illərdə də Xocalı soyqırımı ilə bağlı dünya ölkələrinin parlamentlərinə müraciətlər edilib.

“Bildiyiniz kimi, Milli Məclis Xocalı Soyqırımın 10, 15, 20 illiyi ilə bağlı qərarlar qəbul edib. Milli Məclis hər il Xocalı Soyqırımı ilə bağlı bəyanat qəbul edir. Bu il də bu qərar qəbul olunacaq. Biz dünya dövlətlərinə müraciət edəcəyik”.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...