Modern.az

Sərnişinlər “Baku Bus” avtobuslarını zibillədi - FOTOLAR

Sərnişinlər “Baku Bus” avtobuslarını zibillədi - FOTOLAR

17 Fevral 2017, 14:16

“Xidməti başa vurub marşrut xəttindən qaraja qayıdan avtobusun salonuna diqqət yetirərkən heyrətlənməmək, təəssüf hissi keçirməmək mümkün deyil”. Bu sözləri Modern.az-a Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev bildirib.

 

O qeyd edib ki, ictimai nəqliyyatda istifadə olunan avtobusların təhlükəsizliyi və rahatlığı təkcə avtobusların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür:

“Eyni zamanda xidmətin daha kefiyyətli təşkil olunması üçün avtobusların təmizliyi, xüsusən də salonun, oturacaqların, əl tutacaqlarının təmiz saxlanılması vacib şərtlərdən hesab olunur. Nəzərə alsaq ki, bir avtobusdan gün ərzində yüzlərlə hətta minlərlə sərnişin istifadə edir və bunların içərisində çirkli əşyalarla avtobusa daxil olan sərnişinlərlə yanaşı müxtəlif xəstəliklərin daşıyıcısı olan sərnişinlərlə də var, o zaman avtobusların təmizliyinin əhəmiyytini daha qabarıq şəkildə göz önündə canlandıra bilərik. Elə buna görə də “BakuBus” avtobuslarında hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra mərhələli şəkildə xarici və daxili yuyulma işləri aparılır. Bununla yanaşı avtobusların təmizliyi və sərnişindaşıma fəaliyyəti zamanı salonun təmiz qalması həm də gün ərzində ondan istifadə edən minlərlə sərnişinin avtobusa daxil olarkən təmizliyə riayət etmələri ilə sıx şəkildə bağlıdır”.

 

O qeyd edib ki, avtobuslar gecəboyu xüsusi mütəxəssislər tərəfindən mərhələli şəkildə təmizlənir:

“Səhər xəttə buraxılan avtobusun salonunda gecə yarısı qayıdarkən nələr aşkar olunmur ? Müxtəlif növ məişət tullantıları- salfetkalar, siqaret kötükləri, kağız parçaları, meyvə və ərzaq qalıqları v.s. Ən ürək ağrıdan məqam isə oturacaq və salonun digər hissələrinin məsuliyyətsiz sərnişinlər tərəfindən yazılması, cızılması və qalıcı xəsarətlərin yetirilməsidir. Təbii ki, bununla bağlı olaraq araşdırmalar aparılıb və kamera görüntülərindən istifadə edilərək bu cür hərəkətlərə yol verən sərnişinlərin kimliyi aşkar olunub”.

 

M.Piriyev qeyd edib ki, həmin sərnişinlər haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək:

 

““BakuBus” olaraq sərnişinlərimizi avtobuslarımızın xidmətlərindən istifadə edərkən təmizlik qaydalarına riayət etməyə və digər sərnişin tərəfindən bu kimi hallara yol verildiyini müşahidə edən zaman dərhal “BakuBus”un *4242 qaynar xəttinə müraciət etmələrini xahiş edirik. Unutmayaq ki, sərnişindaşıma xidmətinin kefiyyətli və rahat şəkildə təmin olunması daşıyıcı şirkətlə yanaşı həm də sərnişinlərdən asılıdır. İctimai nəqliyyatın təmiz saxlanılması doğma şəhərimizdə çoxdan arzuladığımız ictimai nəqliyyatın təhlükəsiz istismar olunmasınmasına və ümumi marağa xidmət edəcək”.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir