Modern.az

“Dünya dövlətlərinin onları tanımadığını unudurlar”

“Dünya dövlətlərinin onları tanımadığını unudurlar”

17 Fevral 2017, 14:21

“İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz referendumun heç bir hüquqi nəticəsi yoxdur”.

Bunu Modern.az-a Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Ziyafət Əsgərov bildirib ki, bununla bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanat veriblər. “Dağlıq Qarabağdakı  qondarma qurumu heç bir dövlət tanımır. Bu dövlət deyil, qondarma bir qurumdur. Ona görə də onların indiyə qədər keçirdiyi “seçkilər”, o cümlədən indiki “referendum” da qondarmadır. Belə “seçkilər”in heç bir hüquqi əhəmiyyəti və nəticəsi yoxdur. Ona görə də biz bu “referendum”u tanımırıq.

 

Sadəcə, onlar bu “referendum”u keçirməklə özlərini yada salmağa çalışırlar ki, biz də varıq. Yəni, dünya dövlətlərinə özlərini göstərsinlər ki, guya burda da “referendum” keçirilir. Amma, dünya dövlətlərinin onları tanımadığını unudurlar. Dağlıq Qarabağ Azərbaycanən ərazisidir və orada edilən bütün hüquqi prosedurlar yalnız Azərbaycanın icazəsi ilə baş verə bilər”.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır