Bir neçə gündən sonra Xocalı soyqrımının 25-ci ildönümü olacaq. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.
Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Dünya miqyasında insanlığa qara ləkə olan bu hadısə Ermənistanın dövlət siyasətidir. Erməni vəhşiliyi, vandalizmidir.
Atəşkəs dövrünün insanları olaraq, 1992-ci ildən bəri, hər il soyqırımı qurbanlarını xocalıların dili ilə anırıq. Ana olaraq körpə, uşaq olaraq valideyn axtarırıq.
Onların gözü ilə 1992-ci ilin fevral ayına nəzər yetiririk. Onların acı xatirələrinə köklənib 1992-ci ilin bütöv fevralını yaşamış oluruq.
Daha xocalılara onlar demirik, onlar elə bizik. İndi hər birimiz Xocalıyıq!
Modern.az saytı Xocalı soyqırımının 25 illiyi ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.
1992-ci il fevralın 17-si...
Xocalı sakini Sevda Kərimova 25 il bundan əvvəlin17 fevralını belə xatırlayır:
Qardaşım hələ də girovluqdadır
- 1992-ci ilin fevralında Xocalıda vəziyyət çox gərgin idi. Üstündən 25 il ötməsinə baxmayaraq, hər ilin fevral ayı gələndə, elə bilirik ki, Xocalı soyqırımı indi baş verib. Bu elə bir faciədir ki, ömür boyu yaddaşımızdan silniməyəcək. Həm də qəlbimizə vurulan sağalmaz yaradır.
1992-ci ilin fevralında 2 qardaş, ana, ata itirmişəm. Bir qardaşım hələ də itkindir. Heç bir xəbər yoxdur. Girov düşən qardaşım polis idi. 1992-ci ilin 25 fevralında hamımız Ağdama gəldik. Ev üzü görmürdük. Qarajlarda, torpağın üstündə, heyvan damında yatırdıq. İşıq yox idi. Gecə ilə gündüzü səhv salırdıq. Heç nə yox idi.
Anam jaket toxuyarkən güllə yarası aldı
Sevda Kərimova 1992-ci ilin fevralını xatırlayarkən, qəhər onu boğur.
- Atam 1941-45-ci ildə müharibədə iştirak edib. Müharibə veteranı olub. Həmişə atamdan müharibənin necə bir hadisə olmasını soruşurduq. Bilmirdik ki, bir gün gələcək biz özümüz müharibə, vandallıq qurbanı olacağıq.
1991-ci ilin dekabr ayı idi. Qəfildən ermənilər evlərimizi atəşə tutmağa başladılar. Yadımdadır ki, həmin vaxt güllə gəlib anamın qolunu parçaladı. O zaman anam da divanda oturub jaket toxuyurdu. Xocalıda Məmməd həkim vardı. Anamın qolunu o sağaltdı.
Ermənilər bizi atəşə tutan kimi gedib qardaşımın qaynının qarajında otururduq. Fevralın 25-i axşam düşəndə yenə gedib oturduq orda. Bir də gördük ki, hər tərəfi alov bürüyüb. Çıxıb gördük ki, hamı qaçır. Nə ana balaya baxır, nə ata oğulu axtarırdı. Hərə ağlaya-ağlaya ora-bura qaçırdı. Amma atam yerindən tərpənmək istəmədi. Dedi ki, evimi qoruyacam. Az keçməmiş atam sürünə-sürünə gəldi və “məni kürəyimdən vurdular” deyib yerə yıxıldı.
1992-ci ilin fevralı Xocalıda toy olmadı
Müsahibimiz deyir ki, 1992-ci ilin fevralında heç bir evdən gülüş, şadyanalıq səsi eşidilməyib.
- 1992-ci ilin fevralında heç bir evdən toy səsi eşidilməyib. Toy etmək havasında deyildik. Güllə- boranla üz-üzə qalmışdıq. O qədər nişanlı gənclərimiz vardı ki, fevral ayı hamı kimi onlar üçün də qara gəlmişdi. Elə nişanlılar vardı ki, Xocalı soyqırımında şəhid oldular.
İndi də fevral ayında toy, nişan edənləri qəbul etmirəm. Fevralda çağrılan toya da getmirəm. Kimsə edəndə deyirəm ki, fevral ayında insan toymu edər?! Bu ayda edilən toyda adamın ürəyimi açılar?!
Xocalı o qədər gözəl şəhər idi ki! Heç birimiz Xocalının işğal olunacağını ağlımıza da gətirmirdik. Atamdan soruşurdum ki, “ay papa, sən müharibə görmüş adamsan. Ola bilərmi ki, Xocalını əlimizdən alsınlar?!”. O da belə bir şeyin həyatı boyu olmayacağını deyirdi.
Əynimiz, başımız cırıq-cırıq olmuşdu
Xocalı sakini deyir ki, 1992-ci ilin fevralında nələr yaşamayıblar ki...
- Fevralın 25-i gecəsi Xocalıya bir qar yağmışdı ki, sözlə təsvir ediləsi deyil. Bayırda güclü şaxta vardı. Naxçıvanik istiqamətində ermənilər yolumuzu kəsdi. Yaşlılar üçün çətin idi. Yolun yarısında ayağımızdakı ayaqqabı çıxdı. (O gecə hərənin ayağında bir qaloş vardı) Həmin vaxt qardaşım dedi: "Sevda, sən qaç, yoxsa ermənilər səni girov götürəcəklər. Qaçmasan, səni özüm öldürəcəm”.
Qardaşım elə bilirdi ki, ermənilər onu öldürməyəcək. Sağ qalacaq. Amma əksinə oldu. Ermənilər qardaşımı meşədə öldürdülər. Hətta, ağzında qızıl dişi vardı. Öldürəndən sonra qızıl dişini də ağzından çıxartmışdılar. O vaxtlar qızıl diş qoymaq dəb idi. Sonra atamgildən ayrılıb başqa dəstəyə qoşulanda 10-15 nəfər bizi çağırmağa başladı. Orada çoxlu böyürtkən kolları vardı. Dərhal həmin kolların dibinə sığındıq. Əynimiz, başımız cırıq-cırıq olmuşdu. Qar da dizdən idi. Bizim Balakişi adlı bələdçimiz dedi ki, çağıranlar bizi aldadır. Onlar ermənidirlər. Biz erməni dilini bilirdik. İndi yadımdan çıxıb. Kolun içində oturanda bir də baxdıq ki, ermənilər öz əsgərlərinə tərəf qaçdılar. Bir onu eşitdim ki, “Türklər gəldi. Qaçın!” deyildi...
Gələnlər də OMON-çular idi. Bakıdan bizi aparmağa gəlmişdilər. 50-yə yaxın OMON-çu idi. OMON-çulardan biri “Azərbaycan xalqının övladları! Qorxmayın! Çıxın!” deyəndə biz dərhal kolların arasından çıxdıq.
Bir hadisə də gözümün önündən getmir. Biz kolların arasında gizlənəndə gördüm ki, qardaşımın qızını və yoldaşını ermənilər tutub aparırlar. Amma heç nə edə bilmirdim.
Deputat Elman Məmmədovun Gülzar adlı xalası vardı. Baxdım ki, Gülzar xalanın qucağında iki cüt ayaqqabı var. Gülzar xaladan ayaqqabını əlində nə üçün saxladığını soruşanda dedi ki, Qulunu (oğlu) meşədə öldürdülər. Onun ayaqqabılarıdır.
Ayağım yalın idi. Gülzar xala bir ora, bir bura baxdı, sonra oğlunun yadigarı kimi qucaqladığı ayaqqabını mənə verdi. Baxın, görün, insan özünü necə itirmişdi ki, özündən ixtiyarsız ayaqqabıları da qucağına almışdı...
1992-ci ilin 17 fevralını soruşursunuz. Hər şey yadımdadı. Yaşayışımız çətin idi, bir Allah ümidinə qalmışdıq. Amma bizə qarşı törədiləcək dəhşətləri ağlımıza gətirmirdik. Ötüb keçər, düşünürdük. Ona görə dözürdük hər məşəqqətə.
Namidə BİNGÖL
Azərbaycanlı professor beynəlxalq mükafata layiq görülüb
Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
Avropanın ən çox və ən az borcu olan ölkələri bunlardır
FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
Ermənistanda hakim koalisiya dağılıb
Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
Bakının bu hissələrində sabah qaz olmayacaq
Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
Zakir Həsənov Çinə səfər edəcək
Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
PA işçiləri üçün tikilən yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
Bu yolda hərəkət məhdudlaşdırılacaq
DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
Yerevanın mərkəzinə zirehli texnika yeridildi
Manatın sabahkı MƏZƏNNƏSİ
“Onlar Prezidentin etimadını doğruldacaqlar”
Bakıda daha bir piyada ölümü
İlham Əliyev Ankaradan dünyaya mesaj verdi
Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi
Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA
Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB
Türkiyədə qalib olan azərbaycanlı bacılar: “Fuad Muradovun təyinatını alqışlayırıq”
Diaspor üçün nə etməliyik?
Azərbaycan-Türkiyə sənədləri imzalandı
Bəsdirin dilənçilik etdiniz! - Telekanllara ÇAĞIRIŞ
“Artıq gənc kadrlar daha çox irəli çəkilir”
Ramiz Mehdiyevlə Fuad Ələsgərov Soçidə təhlükəsizlik toplantısında
Şərh yaz