Modern.az

Generalların Bakı görüşündə Cənubi Qafqazdakı problemlər müzakirə edilib – AÇIQLAMA

Generalların Bakı görüşündə Cənubi Qafqazdakı problemlər müzakirə edilib – AÇIQLAMA

17 Fevral 2017, 15:07

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Qerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford Rusiya-Amerika münasibətlərinin cari vəziyyəti, həmçinin Avropada, Yaxın Şərqdə, Şimali Afrikada və dünyanın başqa əsas regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlama verib.

 

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimovun Bakıda görüşməsi Azərbaycan prezidenti İlham Əliyevin apardığı balanslı siyasətlə bağlıdır”-deyə o bildirib.

 

I vitse-spiker qeyd edib ki, bu münasibətlər konteksindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir.

 

“Eyni zamanda Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura “Bakı-Tbilisi-Qars” dəmir yolunun çəkilməsini, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa Azərbacan Cənubi Qafqazın ən güclü, stabil və sabit dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər”.

 

Z.Əsgərov deyib ki, generalların Bakı görüşü Azərbaycana siyasi mənada çox böyük dividentlər gətirəcək. “Bu Azərbaycanın nüfuzu ilə bağlı olan məsələdir. Bu görüş Azərbaycan siyasi mənada çox böyük dividentlər gətirəcək.

Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək”.

 

Birinci vitse-spiker qeyd edib ki, qərargah rəislərinin Bakı görüşündə Cənubi Qafqazdakı problemlər də müzakirə predmeti olub”

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir