Modern.az

Vitse-spiker: “Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur”

Vitse-spiker: “Deputatların fəaliyyəti ilə bağlı yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur”

17 Fevral 2017, 14:05

"“Kütləvi informasiya vasitələri haqqında” qanunda indiyə qədər mövcud olmayan məqamlar müzakirə olunaraq plenar iclasların birinə çıxarıla bilər”.

Modern.az xəbər verir ki,bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.

Bahar Muradova bildirib ki, müəyyən dəyişikliklər qəbul olunduqdan sonra bu sahənin statusu ilə bağlı anlaşılmazlıqlar aradan qalxacaq.

 

“Bundan sonra hər bir internet resursunun statusu məlum olacaq. Mətbuat Şurasının və digər qurumların fəaliyyətini tənzimləyəcək yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Bu sahədə sadəcə məsləhətləşmələrə ehtiyac var. Milli Məclis mətbuatla bağlı problemlərin aradan qaldırılması üçün daim axtarışdadır”.

Sədr müavini deyib ki, Parlament jurnalistlərinin ixtisaslaşdırılması layihəsi üzərində işləmək olar. “Biz burada qeydiyyatdan keçən jurnalistlərin Milli Məclisin işinə bələd olmaq üçün treninqlər keçməsinə hazırıq”.

O həmçinin hərbi jurnalistika ilə bağlı mövcud boşluqların aradan qaldırılması üçün də qanunvericiliyə dəyişiklikliyin edilməsinin mümkün ola biləcəyini qeyd edib.

 

“Deputatların fəaliyyəti ilə bağlı isə yeni mexanizmlərin düşünülməsinə ehtiyac yoxdur. Bu məsələsə ən ağır mexanizm cəmiyyətin qınağıdır”.

Bahar Muradova ayrı-ayrı media orqanlarında söyüş kampaniyalarının aparıldığını deyib.

 

“Bu da ayrı-ayrı mətbuat nümayəndələrini adekvat olmayan hərəkətlərə vadar edir. Bunun bir tərəfi peşə eqoizmi, məlumatda önə çıxmaq, eksklüziv məlumat yaymaq həvəsi ilə bağlıdır. Lakin yarısı da mənəviyyata bağlı olmalıdır. Bunu heç kim inkar edə bilməz”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir