Modern.az

“Kağız qəbir” filminin BDU-da təqdimatı keçirilib

“Kağız qəbir” filminin BDU-da təqdimatı keçirilib

Aktual

17 Fevral 2017, 16:37

Bu gün Bakı Dövlət Universitetində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) dəstəyi ilə  çəkilmiş “Kağız qəbir” adlı filmin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğun əməkdaşı Rəşad Hüseynov açaraq filmin ilk dəfə BDU-da nümayiş olunduğunu bildirib. Bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən filmin Türkiyədə də ictimaiyyətə təqdim olunacağını bildirib. Sonra çıxış edən Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin rəhbəri Mehmet Nuri Parmaksız çıxış edərək filmin çəkilişlərinin Qubanın İkinci Nügədi kəndində aparıldığını bildirib.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Elçin Arifoğlu olan tammetrajlı filmin baş rolları aktyorlar - Anar Əliyev və Leyla Babayeva canlandırıblar.  Filmin təşkilati dəstəyi Azərbaycan Yazıçılar Birliyidir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!