25 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Artur Rasizadə qərar verdi - köçkünlər üçün enerji limiti müəyyənləşdi
Artur Rasizadə qərar verdi - köçkünlər üçün enerji limiti müəyyənləşdi
17.02.2017, 17:33

Nazirlər Kabineti “Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin istifadə etdikləri elektrik enerjisi üzrə limitlərin müəyyən edilməsi haqqında” qərar qəbul edib.

Modern.az xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı qərar  “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında edilən dəyişikliyi təmin etmək məqsədi daşıyır.

Bu qərara əsasən, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limit adambaşına ayda 300 kvt.saat müəyyən edilib.

 

Sənədə görə, bu qərarın 1-ci hissəsində göstərilən limit üzrə elektrik enerjisi haqqı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən əhali üzrə aylıq istehlak həcminin 300 kvt. saata qədər (300 kvt.saat daxil) olan hissəsi üçün müəyyən edilmiş pərakəndə satış tarifi ilə ödəniləcək.

Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin adlı siyahıları aşağıdakı qaydada tərtib olunacaq:

-          faktiki istehlakçıların adlı siyahıları şəxsiyyəti təsdiq edən sənəd əsasında onların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, həmin şəhər və rayonların kommunal xidmət təşkilatları (elektrik enerjisi, qaz, su təchizatı idarələri), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon (şəhər) üzrə nümayəndələri tərəfindən istifadə olunan xidmətlərin növləri göstərilməklə, ərazisi işğal olunmuş hər bir rayon üzrə ayrı-ayrılıqda bu qərara əlavə olunmuş 1 və 2 nömrəli formalara uyğun olaraq;

-          faktiki istehlakçıların müvəqqəti məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları tərəfindən istehlakçıların hər il yanvarın 1-nə ümumi adlı siyahısı, artma və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabat hazırlanıb təsdiq edilir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Komitəyə, elektron daşıyıcı variantında isə Maliyyə Nazirliyinə təqdim edilir;

-          təqdim olunmuş siyahılar Komitə tərəfindən dürüstləşdirildikdən sonra həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növünə uyğun müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanaraq ödənişin aparılması üçün hər növbəti ayın 15-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilir.

Faktiki istehlakçıların adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən istehlakçıların məskunlaşdıqları rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aidiyyəti rayon (şəhər) icra hakimiyyətləri və kommunal xidmət təşkilatları ilə birlikdə hər ay bu qərarın 3-cü hissəsində göstərilən şəxslər tərəfindən faktiki istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınması üzrə üzləşdirmə aktı tərtib etsin və həmin kommunal xidmətlərinə görə haqların faktiki göstəricilər nəzərə alınmaqla, müəyyən edilmiş limitlər daxilində mərkəzləşmiş qaydada aidiyyəti kommunal xidmət təşkilatlarına ödənilməsini təmin etmək, bu qərardan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA
25.06.2018, 15:16

Əfqanıstan hökuməti Talibanla Bakıda danışıqlar aparacaq? – XİN-dən AÇIQLAMA

Azərbaycan 70-dən çox yeni gəmi alacaq
25.06.2018, 15:12

Azərbaycan 70-dən çox yeni gəmi alacaq

Dünya Çempionatlarının unudulmaz REKORDLARI
25.06.2018, 15:06

Dünya Çempionatlarının unudulmaz REKORDLARI

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu
25.06.2018, 15:05

Yasamalda qadına zor tətbiq edib çantasını alan şəxs tutuldu

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  
25.06.2018, 15:05

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  

Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək
25.06.2018, 15:03

Bakıda Əfqanıstan hökuməti ilə "Taliban" arasında sülh danışıqları keçiriləcək

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev
25.06.2018, 14:57

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev

Azərbaycanlı BP-yə vitse-prezident təyin olundu
25.06.2018, 14:55

Azərbaycanlı BP-yə vitse-prezident təyin olundu

İlham Əliyevdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı SƏRƏNCAM
25.06.2018, 14:48

İlham Əliyevdən Zakir Həsənov və Nəcməddin Sadıkovla bağlı SƏRƏNCAM

Prezident onlara general rütbəsi verdi - SİYAHI 
25.06.2018, 14:40

Prezident onlara general rütbəsi verdi - SİYAHI 

Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb
25.06.2018, 14:20

Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyaları 4 milyard dolları ötüb

AŞPA-nın yeni prezidenti seçildi
25.06.2018, 14:12

AŞPA-nın yeni prezidenti seçildi

“Qırmızı körpü”nün sındırıldığı yerdən REPORTAJ
25.06.2018, 14:07

“Qırmızı körpü”nün sındırıldığı yerdən REPORTAJ

İnce Ərdoğanı təbrik edəcək: “Məğlub olmuşuqsa, bunu qəbul etməliyik”
25.06.2018, 13:49

İnce Ərdoğanı təbrik edəcək: Məğlub olmuşuqsa, bunu qəbul etməliyik

Türkiyə ordusu 24 terrorçunu məhv etdi
25.06.2018, 13:45

Türkiyə ordusu 24 terrorçunu məhv etdi

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı   
25.06.2018, 13:41

BMqT-nin nümayəndəsi qaçqın problemi haqda məlumatlandırıldı  

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ
25.06.2018, 13:36

“Hərbi paradla çox ciddi siyasi mesajlar veriləcək” - Politoloq gözlənilən hadisəni ŞƏRH ETDİ

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI
25.06.2018, 13:18

Türkiyə parlamentinin Şuşadan olan azərbaycanlı millət vəkili Modern.az-a DANIŞDI

Xızıda maşın aşdı - sürücü öldü
25.06.2018, 13:12

Xızıda maşın aşdı - sürücü öldü

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ
25.06.2018, 13:10

Sabahkı istilərlə bağlı rəsmi XƏBƏRDARLIQ

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ
25.06.2018, 12:44

“Türkiyə mühüm bir mərhələyə qədəm qoydu” - Depuat seçkiləri QİYMƏTLƏNDİRDİ

İran prezidenti də Ərdoğanı təbrik etdi
25.06.2018, 12:44

İran prezidenti də Ərdoğanı təbrik etdi

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI   
25.06.2018, 12:38

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI  

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda
25.06.2018, 12:30

Tərcümə Mərkəzinin nəşrləri xarici mətbuatda

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı
25.06.2018, 12:28

Saxta manatı dollara satmaq istəyən Gəncə sakini saxlanıldı

Xanım jurnalistə ağır itki üz verdi   
25.06.2018, 12:28

Xanım jurnalistə ağır itki üz verdi  

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu
25.06.2018, 12:27

Nərimanovda piyadanı vurub öldürən sürücü tutuldu

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB
25.06.2018, 12:23

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi   
25.06.2018, 12:18

Fuad Muradov Türkiyədə millət vəkili seçilən azərbaycanlıya zəng etdi  

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”
25.06.2018, 12:15

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı   
25.06.2018, 12:12

Neft gəlirlərini indi elə xərcləmək lazımdır ki… - Deputat istiqamətləri sadaladı  

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov
25.06.2018, 12:05

1 ton 400 kq narkotik dövriyyədən çıxarılıb - Əli Həsənov

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi
25.06.2018, 11:58

Dəmirəlin doktoru, Bülent Arınçın oğlu, “Fənərbaxça”nın keçmiş futbolçusu deputat seçildi

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi
25.06.2018, 11:54

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı
25.06.2018, 11:51

Baytarlıq Xidmətinin rəhbərliyi yoxlama apardı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(11.3%)
Braziliya(25.2%)
Almaniya(10.4%)
İngiltərə(2.17%)
Portuqaliya(11.7%)
İspaniya(5.65%)
Fransa(4.34%)
Belçika(2.60%)
Seneqal(3.47%)
Rusiya(23.0%)