Modern.az

Sərdar Cəlaloğludan Fazil Mustafaya sərt CAVAB: “Cəsarəti olsa, tənqid edər”

Sərdar Cəlaloğludan Fazil Mustafaya sərt CAVAB: “Cəsarəti olsa, tənqid edər”

17 Fevral 2017, 17:36

Son gülər deputat Fazil Mustafa  ilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasındakı dini mövzuda müzakirələr yenidən qızışıb.

Fazil Mustafa Sərdar Cəlaloğlunun Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazmaq iddiasını gülüşlə qarşılayıb

 

“Adam mənim bir cümləmin mənasını anlamayıb, ancaq qosqoca Quranın elmini, fəlsəfəsini, sosiologiyasını yazdığını iddia edir”-deyə o bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan Cəlaloğlu qeyd edib ki,  Fazil Mustafa nə deyirsə desin. 

 

“Belə bir atalar sözü var ki, bir dəli bir quyuya daş atdı, yüz ağıllı girdi çıxarda bilmədi. Bəzən insan elə bir cümlə  deyir ki, 100 ağıllı onu başa düşə bilmir. Onun günahı məndə deyil . Fazil Mustafa cümləni aydın yazsın başa düşək.  Onun fikirlərini deməsinin heç bir ziyanı yoxdur, qoy danışsın da. Mən kitabımı yazıb cəmiyyətə təqdim edəndə Fazil Mustafanın cəsarəti olsa, doğurdan da dediklərinin üstündə duracaqsa, kitabla bağlı tənqidi fikirlərini yazar”.

Sərdar Cəlaloğlu deyib ki, bu yaxınlarda “Bəzi alimlər Allaha niyə inanmır?” adlı məqalə yazıb.

 

“Məqalə kitabın bir hissəsidir. Kitabda Quranın dünyəvi kitablardan fərqini izah etmişəm. Fazil Mustafa o  məqaləni oxusun.  Deyir ki, Sərdar Cəlaloğlu mənim dediklərimi başa düşmür, onun fikirləri məndə gülüş doğurur. Fazil Mustafa əgər özü iddia etdiyi qədər ağıllıdırsa, o məqaləyə tənqidi fikirlərini yazsın. Güclü Ağlı ilə o məqaləyə cavab yazsın, sübut etsin ki, mənim Quran haqqında dediklərim, elmlə Quranın müqayisəli təhlilim doğru deyil”.

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi