30 may 2017, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: “Avropa Birliyi ilə əməkdaşlığımız genişlənir”
İlham Əliyev: “Avropa Birliyi ilə əməkdaşlığımız genişlənir”
17.02.2017, 18:29

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin görüşü olub.

 

"Report" xəbər verir ki, görüşdə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərini məmnunluq hissi ilə xatırladıb, keçirilən görüşlərdə səmərəli fikir mübadiləsinin aparıldığını vurğulayıb. Səfər çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunun ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət etdiyini deyən Xorvatiya Prezidenti hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlığımızı daha da genişləndirəcəyini diqqətə çatdırıb. Xorvatiyanın enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoru, o cümlədən informasiya texnologiyaları, gəmiqayırma, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və digər sahələrdə də Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyən Kolinda Qrabar-Kitaroviç ölkəsinin həyata keçirdiyi enerji layihələrində Azərbaycan ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.

 

Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevin Avropa İttifaqına səfərinin uğurlu keçdiyini bildirib, Azərbaycanın Avropa İttifaqı ilə yeni sənəd üzərində işlədiyini deyib, bu prosesin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafına xidmət edəcəyini bildirib. Xorvatiya Prezidenti dövlət başçısını ölkəsinə səfərə dəvət edib.

Prezident İlham Əliyev Azərbaycan-Xorvatiya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti hökumətlərarası komissiyanın öz işini praktiki məsələlər üzərində cəmləşdirməsinin vacibliyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm roluna toxunan dövlət başçısı ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu layihələrdə Xorvatiyanın da iştirak edə biləcəyini diqqətə çatdırıb.

 

Avropa İttifaqı ilə əlaqələrdən danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə fəal əməkdaşlıq edir. Azərbaycan Prezidenti ikitərəfli əlaqələrimizin həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqı ilə siyasi dialoq, təhlükəsizlik, texnologiyalar, enerji, multikulturalizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi niyyətində olduğunu deyib.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunulub. Xorvatiya Prezidenti münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bir daha vurğulayıb.

 

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.05.2017, 13:20

Bakıda daha bir hərrac keçirildi

30.05.2017, 13:10

Əbülfəs Qarayev Xaçmazda vətəndaşlarla görüşüb

30.05.2017, 13:10

Ankara ilə Moskvanın “səmimi dostluğu” - Təbəssüm arxasında gizlənən ZİDDİYYƏTLƏR

30.05.2017, 12:57

2017-ci ildə Avropaya gələn miqrantların sayı açıqlandı

30.05.2017, 12:43

Mədəniyyət və Turizm Nazirliyindən turistlərə XƏBƏRDARLIQ

30.05.2017, 12:39

Sabahdan hava pisləşəcək - XƏBƏRDARLIQ

30.05.2017, 12:28

Putin, Makron və Qarabağ…

30.05.2017, 12:16

Polis leytenantı əlbəyaxa döyüşdə birinci yerə çıxdı

30.05.2017, 12:12

Bakıda kuryoz HADİSƏ: öz maşınının altında qalıb öldü

30.05.2017, 12:07

DİN anasını öldürən oğulla bağlı məlumat yaydı

30.05.2017, 12:03

İlham Əliyev "Statoil" şirkətinin icraçı vitse-prezidentini qəbul edib  

30.05.2017, 12:02

UNEC Avropa təhsil məkanına inteqrasiyanı genişləndirir

30.05.2017, 11:58

Quba məzarlığı ilə bağlı müşavirə nə vaxt keçiriləcək? - AÇIQLAMA

30.05.2017, 11:56

Keçmiş müstəntiqin kassasiya şikayətinə baxılacaq

30.05.2017, 11:55

ADU-da “Duanu” ənənəvi bayramı qeyd edildi

30.05.2017, 11:42

“Nə Əli Kərimlinin, nə də Razi Nurullayevin təşkilatı əsl cəbhədir”

30.05.2017, 11:40

Dərinizi belə qoruyun: Tarixi arayış - QNET-lə sağlamlığına nail ol!

30.05.2017, 11:22

11 bank sistemdən kənarlaşdırılıb, 5-i nəzarət altındadır

30.05.2017, 11:21

Moskvadakı qasırğada ölənlərin sayı 16-ya çatdı

30.05.2017, 11:15

Bu yerlərdə su olmayacaq – SİYAHI

30.05.2017, 11:11

Bakıda polis avtomobili ilə “Porshe” toqquşdu: bir polis öldü bir neçəsi yaralandı

30.05.2017, 10:56

Snayder Hollandiyanın tarixinə keçəcək

30.05.2017, 10:43

Gözəl Bayramlı ilə bağlı apellyasiya şikayəti verildi

30.05.2017, 10:39

Tərtər uşaqları ilə bağlı yeni təşəbbüs

30.05.2017, 10:36

Bakıda qadını soyan gənc saxlanıldı - FOTO

30.05.2017, 10:34

Elman Rüstəmov: “Manata heç bir təhlükə yoxdur”

30.05.2017, 10:03

Ermənistan cəbhədə təxribata ara vermir

30.05.2017, 10:01

Eks-diktator vəfat etdi

30.05.2017, 09:42

“İftardan öncə ehsan vermək, yemək-içmək məclislərində iştirak etmək günahdır”

30.05.2017, 09:40

ATƏT Ermənistanın dağıdıcılıq siyasətinin qarşısını almalıdır

30.05.2017, 09:09

3 geyim dükanı yandı

30.05.2017, 08:58

Şimali Koreya yenə ballistik raketi sınaqdan keçirdi

30.05.2017, 08:55

3 yaşınadək uşağını təkbaşına böyüdən kişiləri işdən çıxaranlar üçün cərimələr artırılır

30.05.2017, 08:51

Dolların bugünkü MƏZƏNNƏSİ

30.05.2017, 01:02

Moskvada güclü qasırğa: 11 ölü, 137 yaralı, Yenilənib

ARXİV